05 İyun 2015 0:00

YAP «Hüseyn Cavid 33A» ərazi təşkilatına yeni sədr seçildi

İyunun 4-də Yeni Azərbaycan Partiyası Yasamal «Hüseyn Cavid, 33 a» (metropoliten) ərazi təşkilatının konfransı keçirilib.

İyunun 4-də Yeni Azərbaycan Partiyası Yasamal Rayon «Hüseyn Cavid, 33 a» (metropoliten) ərazi təşkilatının konfransı keçirilib. Tədbirdə Yasamal rayon təşkilatı idarə heyətinin üzvləri –Bakı Dövlət Universitetinin müəllimi Rasim Nəbiyev, Nərimanov Rayon sosial təminat şöbəsinin rəis müavini Əli Əliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov iştirak ediblər.
Konfransa sədrilik edən «Bakı Metropolieni» QSC sədrinin müavini Hidayət Məmmədov gündəliyə daxil olan məsələlər barədə məlumat verib. O, Azərbaycan Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonrakı dövrdə partiya təşkilatının fəaliyyətindən danışdı. Sonra yeni idarə heyətinə təklif edilən namizədlərin siyahısı səsləndirildi. Adı çəkilən 19 nəfərin namizədliyinin müzakirəsi zamanı siyahıya daha 2 nəfərin adının daxil edilməsi təklifi edildi. Bununla da konfrans iştirakçıları tərkibi 21 nəfərdən ibarət idarə heyətinə yekdilliklə səs verdilər.
Daha bir səsvermə ilə idarə heyətinin sədri müəyyən edildi. Konfrans iştrakçıları bu vəzifəyə Hidayət Məmədovu layiq bildilər.
Yığıncaq YAP Yasamal Rayon təşkilatının iyunun 6-da keçiriləcək 10-cu hesabat-seçki konfransına nümayəndələri də təsdiq etdi.
Rayon təşkilatı idarə heyətinin üzvü Rasim Nəbiyev Yeni Azərbaycan Partiyası Yasamal Rayon «Hüseyn Cavid 33 a» (metropoliten) ərazi təşkilatının yeni idarə heyətini, onun sədrini təbrik etdi, onlara uğurlar arzuladı.





Bütün xəbərlər