02 İyun 2015 0:00

UŞAQLARIN MÜDAFİƏSİ DİQQƏTDƏN BAŞLAYIR

200 əlil və kimsəsiz uşağın bayram şənliyinin keçirilməsində metropolitençilər də yaxından iştirak ediblər.

Uşaqlar gələcəyimizdir. Bu ifadə dəfələrlə, yerli-yersiz səslənib haradasa bayağılaşsa da, həqiqəti əks etdirir. Çünki onlar əhalinin həssas, böyük köməyinə, yardıma ehtiyacı olan və hələ yetişməmiş təbəqəsini təşkil edirlər. Uşaqların müdafiəsi hamılıqla bütün cəmiyyətin borcudur.Ən vacib problemlərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması, müdafiə edilməsidir. Belə bir şəraitdə valideynsiz uşaqların olması da məsuliyyəti bir qədər də artırır.
Bu məsələ xüsusi diqqət, yanaşma tələb edir. Uşaqların müdafiəsi daim metropolitençilərin xüsusi həssaslıqla yanaşdığı məsələ olub. Digər əlamətdar təqvim hadisələri kimi, 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü də bu problemin aktuallığını həmişə qoruyub saxlayır.
Belə bir müqəddəs tarixi vəzifə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin və Metropoliten İşçiləri Həmkarlar İttifaqının da diqqətindən yayınmır.
Belə bir gündə uşaqların ən həssas təbəqəsinə diqqəti artırmaq məqsədilə “Əlil uşaqlara və ya kimsəsizlərə yardım” İctimai Birliyi ilə birlikdə bayram şənliyi təşkil edilib. 200 əlil və kimsəsiz uşağın bayram şənliyinin keçirilməsində metropolitençilər də yaxından iştirak edərək, onun zəngin və rəngarəng proqramla keçməsində kiçik də olsa, rol oynayıblar.





Bütün xəbərlər