07 Mart 2020 8:14

BAYRAMINIZ MÜBARƏK, ƏZİZ QADINLAR!

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

8 Mart-Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Azərbaycan tarixində qadının cəmiyyətdəki rolu, həmişə taleyüklü məsələlərdə kişilərlə eyni cərgədə addımlaması danılmazdır. Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, milli və beynəlxalq dəyərlərin möhkəmlənməsində və Azərbaycan qadınının imicinin formalaşmasında fəal iştirak edərək, dövlətimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına layiqli töhfələr verirlər.
Hər zaman qadın əməyini yüksək qiymətləndirən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bütün qadınları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və fəaliyyət göstərdikləri sahələrdə uğurlar arzulayır!


 Bayramın mübarək, Azərbaycan qadını! 





Bütün xəbərlər