12 Noyabr 2019 9:00

12 Noyabr Konstitusiya Günüdür

Bayramınız mübarək!

12 noyabr 1995-ci il xalqımız və dövlətimiz üçün milli dövlətçilik məfkurəsinin qəti qələbəsi tarixidir. Bu qələbə çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün istiqlaliyyət və ərazi bütövlüyünün, dövlətçiliyin, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyev xalqın istək və amalına konstitusion istiqamət verərək, milli tariximizi siyasi intibah mərhələsinə qaldırdı və nəticədə ictimai- mədəni və iqtisadi həyatda plüralizm mühiti formalaşdı. Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların hüquq və azadlıqlarına, mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etdi.
Konstitusiya gününüz mübarək, əziz həmvətənlər!





Bütün xəbərlər