14 İyun 2019 0:00

15 İyun Azərbaycan xalqının milli qurtuluş günüdür

Milli Qurtuluş Gününüz mübarək

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoydu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.
Həyatın bütün sahələrində aşkar görünməkdə olan müsbət dəyişikliklər Bakı metropoliteninin fəaliyyətində də özünü tez bir zamanda büruzə verdi. Ulu öndər həmin illər şəhər nəqliyyatının, xüsusən də onun ən kütləvi, rahat və strateji cəhətdən daha əhəmiyyətli qolu olan metropolitenin böhran vəziyyətindən çıxarılması üçün son dərəcə böyük işlər gördü. Heydər Əliyevin nüfuzu sayəsində Bakı metrosunun vaqon parkını yeniləşdirmək imkanı əldə edildi. Eləcə də Bakının yeraltı yollarının inkişafı sahəsində də əhəmiyyətli tədbirlər görüldü. Tikintisi yarımçıq qalmış sahələrdə inşaat işləri yenidən canlandı. 2002-ci ildə Şərq sahəsinin “Həzi Aslanov” stansiyası istifadəyə verildi.
Mövcud olduğu 26 ildə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını bütün dünyaya təsdiq etdi.
Bütün azərbaycanlıları Milli Qurtuluş Günü münasibətilə təbrik edirik!





Bütün xəbərlər