04 İyun 2019 0:00
Ramazan bayramınız mübarək!
On bir ayın sultanı, dünya müsəlmanlarının müqəddəs ayı
On bir ayın sultanı mübarək Ramazanda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Allah-təala məhz Ramazan ayında ilahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”i bəşəriyyətə nazil edib.
Bu bayram cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir, mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklər həmrəy olduğumuzu bildirir.
Müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edirik.
Ramazan bayramınız mübarək olsun!