14 Dekabr 2018 0:00

“Əl işləri yarmarkası” “İçərişəhər” stansiyasında açılacaq

İstedadlı gənclərə təmənnasız yardım

“Bakı Metropoliteni” QSC-nin hər dəfə bir mövzu ilə sərnişinlərin diqqətini cəlb edən davamlı sosial layihələri sırasında istedadlı gənclərə dəstək aksiyaları da xüsusi yer tutur. Bu mənada metropolitençilər yeni il ərəfəsində sərnişinlərini daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər. 

Dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.
“Əl işləri yarmarkası” adlandırılmış, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır. “Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.





Bütün xəbərlər