|
|
 |
.jpg) |
.jpg) |
|
Suveren
Azərbaycanın paytaxtı müasir Bakı yaxın Şərqin ən böyük şəhərlərindən
biridir. Təbii amfiteatrın ərazisində yerləşən şəhər 150 km2
ərazini tutur və dəniz buxtası boyunca təxminən 20 km uzanıb
gedir.
Bakı və neft bir-birindən ayrılmayan anlayışlardır. Neft yataqlarının
mövcudiyyəti Abşerona fəhlə axınına səbəb olmuşdur. Burada
neftçıxarma və neft emalı, energetika, maşınqayırma, kimya,
metaltökmə kimi sənaye sahələri inkişaf etmişdir. Xəzərin
böyük limanlardan biri olan şəhərdə gəmiqayırma sahəsi də
əmələ gəlmişdir. Sənaye obyektlərinin ətrafında fəhlə qəsəbələri
yaranmışdır. 30-cu illərin əvvələrində Bakı təkcə Qafqazın
deyil, həm də bütün keçmiş SSRI-nin əhalisi çox olan sənaye,
mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə
də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən
sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının
ilkin variantların da yerüstü nəqliyyatın işini yüngülləşdirmək
və şəhərin dar-darısqal küçələrini tramvay, trolleybus və
avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat
nəqliyyat növünün- metropolitenin tikintisi qərara alındı.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi
həmin niyyətlərin həyata keçirilməsinə mane oldu....
|
|
|
 |