Maşinist peşəsi üzrə növbəti kursda 10 müdavim iştirak edir

.

Read more
 

21 nəfər kursa başlayıb – platforma növbətçisi

.

Read more
 

Platforma növbətçilərinin seçim imtahanları başa çatıb

.

Read more
 

EXCURSION OF SCHOOL CHILDREN ORGANIZED

Another event within the framework of corporate social responsibility was held at Baku Metro CJSC. On December 16, 2019, at the initiative of the Baku City Youth and Sports Head Office, an excursion was organized for the 8th grade students of the school-lyceum No. 20 named after Arif Huseynzade in the Training Center of the CJSC.

The purpose is to acquaint children with the activities of the metro, to form their attitude to work, to get them acquainted with the production, equipment and technologies, and to create an interest in their future career choices and various professions.
Bakhtiyar Mammadov, Head of the Press Service and Public Relations Department, Rufat Gadashov, Head of the Training Center, Elmar Azimov, Deputy Head of the Train Operation Department, told the students about the history of the Baku Metro, the reconstructed training center, and special attention paid to professional staff in the metro.
Eight carriages, reminiscent of a subway train, 18 models and more than 100 visual aids, which were specifically made to assist with live and in-depth study of lessons, reflecting the specifics of each field in the teaching process, attracted the interest of students.
The students got acquainted with the classrooms equipped with special equipment for each field, as well as electronic examination rooms.
In the end, a trainer machinist Niyazi Hatamov introduced the children to the train simulator, which is one of the most important innovations, giving them detailed information about the device. The students received their first training behind the wheel of the simulator and got acquainted with some features of the train. They were explained the new rules of selection of machinists, and the possibility of a young man with a technical education having this honorable profession. During the tour, there was an opportunity to talk to the participants of the current training course and the driver who graduated from it.
All the questions of the students were answered during the tour.

 

Read more
 

Bakı metropoliteninin təlim-tədris mərkəzi yeni dərs ilini əsaslı yeniliklərlə qarşılayır

”Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi fəaliyyətinin 5-ci ilinin yeni dərs ilinə böyük yeniliklərlə başlayır. Əsaslı təmir və yenidənqurma işlərindən sonra, mərkəz tamamilə yeniləşmiş siması ilə istifadəyə verilib. Bununla da çoxşaxəli infrastruktura malik və mürəkkəb spesifik xüsusiyyətləri ilə seçilən Bakı metropoliteni üçün zəruri olan peşələr və ixtisaslar üzrə kadr hazırlığının mükəmməl səviyyəyə çatdırılması istiqamətində ən əhəmiyyətli addımlardan biri kimi, təlim və tədris bazası müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb.

Spesifik sahələri ətrafında cəmləmiş metropoliten sistemində işçilərin peşə səviyyəsinin artırılması, peşə hazırlığı, yeni biliklərin mənimsənilməsi və tətbiqi həmişə gündəmdə olub. Lakin məsələnin konstruktiv və əsaslı həlli 2014-cü il fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra mümkün olub. Müəssisənin tam fərqli statusu, həmçinin idarəetmənin yeni və zamanın tələbləri əsasında qurulması bu istiqamətdə sərt dönüş yaratmağa təkan verib. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrə, tapşırıq və tövsiyələrinə uyğun olaraq, dünya təcrübəsinin öyrənilməsi, Bakı metropoliteninin də xüsusiyyətləri nəzərə alınmaqla, yeni sistem, mexanizm və avadanlıqların tətbiqi insan resurslarına baxışın yeni əsaslar üzərində qurulması zərurətini yaradıb.

Tarixi arayış
Qeyd edək ki, hazırda Bakı metropoliteninin təlim-tədris mərkəzinin binası SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolunun təkib hissəsi olan Sabunçu vağzalının elektrik deposu kimi 1926-cı il sentyabrın 24-də istifadəyə verilib. 1966-cı ildə bina Bakı şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bakı metropoliteninin sərəncamına keçib. Müvafiq infrastruktur qurulmaqla, o vaxtlar "Rabitə evi" adlandırılan binada qatarların hərəkətinin təşkili və idarə edilməsində  ən mühüm sahələr hesab edilən dispetçer mərkəzləri cəmləşdirilərək fəaliyyət göstərib. Bu binada qatar, elektrik təchizatı, sanitar qurğular və eskalator dispetçerləri, eləcə də işarəvermə və rabitə xidmətinin rəhbər-mühəndis heyəti fəaliyyət göstərib. 2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə “Rabitə evi” adlandırılan texniki-inzibati binada müəssisənin təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. Ümumən, dörd tədris mövsümünün yekunu olaraq mərkəzdə kurslara cəlb edilənlərin sayı 4800 nəfərdən artıq olub.

Yeniləşən mərkəz
Təmir dövründə binada tədris prosesinin daha keyfiyyətli, səmərəli və metropoliten sahələrinin hər birinin tələblərinə uyğun olaraq təşkili məqsədilə zəruri yeniliklər edilib. Binanın tarixi və memarlıq üslubu qorunmaqla, ötən onilliklər ərzində pərakəndə şəraitdə yaradılmış otaqlar ləğv edilib və tədris prosesinin təşkilinin xüsusiyyətləri nəzərə alınmaqla, yeni tədris mərkəzi qurulub. Bir vaxtlar dəmir yolu vağzalının saxlama deposu olmuş bina tarixi ab-havasına uyğunlaşdırılıb və bu xüsusda orta zalda müasir metro vaqonlarından ibarət qatarı xatırladan guşələr yaradılıb. Yan hissələrdə isə akt zalı, tədris auditoriyaları, texniki kabinetlər və yardımçı otaqlar yer alıb. Mərkəzin mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, həmçinin müasir yanğın təhlükəsizliyi, yanğın su hovuzu sistemləri qurulub. Binanın onilliklərlə pərakəndə vəziyyətə düşmüş, baxımsız qalmış, səliqə-sahmanına diqqət edilməmiş zirzəmisi əsaslı şəkildə təmizlənərək yenidən qurulub. İşıqlandırma sisteminin qurulmasında tədris prosesinin tələbləri, daxili interyerin və tədrislə bağlı əyani vəsaitlərə olan tələblərin nəzərə alınması, mərkəzin estetik görkəmini daha effektli edib. Dartma tavan və onun işıqlandırılması müasir sistemlərlə milli memarlıq üslubunda yerinə yetirilib. Binanın giriş sahəsi yeni dizaynda qurularaq müasir qapılarla təchiz edilib. Foyeyə aparan pilləkənlər boyunca yan divarlarda Bakı metropoliteninin tarixi-memarlıq özəlliklərini əks etdirən tablolarda stansiyaların foto görüntüləri yerləşdirilib, onlar barədə məlumatlar verilib. Hər sahə üzrə fərdi tədris otaqları da müvafiq vəsaitlərlə, auditoriyalar lazımi avadanlıqla, o cümlədən kompüter və audiovizual texnologiyalar, elektron, multimedia və digər müasir texniki vasitələrlə təmin edilib, təlimatçı-müəllimlərə otaqlar və guşələr ayrılıb. Metodiki laboratoriya, kitabxana, audio-videoteka tədris prosesinin mükəmməl səviyyədə təşkilinə imkan yaradıb.

Metronun dünəni, bu günü, sabahı
Foyenin mərkəz hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il martın 18-də imzaladığı Sərəncamla təsdiq edilmiş Bakı metropoliteninin konseptual inkişaf sxemi, daha sonra ölkə başçısının  “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamları yer alıb.
Yan divarlarda Bakı metropoliteninin inkişaf tarixi öz əksini tapıb. Sol divar boyunca yerləşdirilmiş stendlərdə paytaxt yeraltı polad magistralının inkişafı və yüksəlişində, metropolitenin Bakının tarixi rəmzlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynamış Ümummilli lider Heydər Əliyevin qayğı və diqqətini əks etdirən fotolar və tarixi sənədlər sərgilənir. Bu sənədlər arasında ən qiymətlisi  Ulu Öndərin SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışdığı dövrdə onun başçılığı ilə keçirilən geniş tərkibli müşavirənin SSRİ metro sənayesinin inkişafına böyük töhfə kimi dəyərləndirilən qərarlarını özündə ehtiva edən  tarixi protokoldur.
Sağ divarda yer alan stendlərdə Bakı metropoliteninin yeni inkişaf tarixinin memarı kimi yeraltı ictimai sərnişindaşıma nəqliyyatına müasir texnologiyaların tətbiqi ilə yeni nəfəs gətirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin metropolitenin inkişaf etdirilməsi ilə bağlı tarixi sənədlər, foto-faktlar yerləşdirilib.
Orta zalın metro vaqonları üslubunda qurulmuş guşələrə paralel olan divarlar boyunca tədris prosesini əks etdirən məlumat və elan lövhələri, Bakı metropoliteni stansiyalarının texniki və tarixi özəlliyini əks etdirən fotolar və statistik göstəricilər, qarşı divarlarda isə dünyanın bütün coğrafi regionlarının, eləcə də Bakı metropoliteninin də üzv olduğu "Metro" Beynəlxalq Assosiasiyasına daxil olan dünyanın böyük metropolitenləri barədə statistik və maraqlı özəl faktları əks etdirən fotostendlər yer alıb.
Əvvəlki konfrans zalının yerində müasir üslubda konfrans-rabitə sistemi, keyfiyyətli avadanlıqla təmin olunmuş sinxron tərcümə kabinetinin qurulduğu yeni akt zalı yaradılıb. 70 nəfərlik zalda Bakı şəhərinin konkadan tutmuş metroya qədər nəqliyyat tarixini əks etdirən nadir fotolar yer alır. Bu stendlərdə konka, tramvay, avtobus, trolleybus və metro kimi nəqliyyat vasitələrini şəhərin tarixi fonunda seyr etməklə köhnə və müasir Bakıda ictimai nəqliyyatın inkişaf dinamikasını izləmək olar.

Yeni maşinistlər nəslinin mayakı
Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ildən başlayaraq, Bakı metropoliteninə yalnız ən müasir, texnoloji innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsub qatarlar alınır. Artıq Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin istehsalı olan 11 belə yeni qatar paytaxt metrosunda sərnişinlərə xidmət göstərir. Onlardan 6-sı məhz bu il alınıb. Gələcəkdə də bu strateji xətt davam etdirilərək, istismar müddətini başa vuran qatarlar yalnız bu standartlara cavab verən müasir qatarlarla əvəz olunacaq. Bu səbəbdən qatar maşinistlərinin avtomatlaşdırılmış qatarların tələblərinə uyğun yenidən ixtisaslaşdırılması, eləcə də yeni nəsil maşinistlərin hazırlığı prosesi "81-765" tipli qatarların bazasında yaradılmış trenajorda aparılacaq. Rusiyanın bu sahədə ixtisaslaşmış "Loqos" şirkətinin məhsulu olan trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Proqram təminatında Bakı metrosunun özəllikləri ilə yanaşı, qatar maşinistinin qarşısına çıxa biləcək bütün təlimat tapşırıqları, qəza vəziyyətləri də yer alıb. Təlimatdan irəli gələn tapşırıqlar, qəza vəziyyətləri maşinist kabinasının yaxınlığında qurulmuş idarəetmə mərkəzində təlimatçı tərəfindən verilir, əyani şəkildə izlənilir. Proqrama insan müdaxiləsi qeyri-mümkündür. Proqram təminatı özü maşinistin bütün hərəkətlərini qiymətləndirir. İlkin bacarıqların mənimsənilməsi, peşə vərdişlərinin artırılması və möhkəmləndirilməsi, yenilərinin yaradılması, peşə qabiliyyətinin gücləndirilməsi, maşinistlərin zəif cəhətlərini aşkarlayaraq islah edilməsi istiqamətində müvafiq işin aparılması, tədris prosesinin daha kamil və fərdi proqram üzərində qurulması baxımından bu trenajor əvəzsiz vasitədir.
Trenajorun yaxınlığında isə xüsusi displey ekranında qatarın sərnişin salonları yer alıb. Hər vaqon tam orijinal idarəetmə avadanlıqları ilə təmin edilmiş real təsvirli paneldən ibarətdir. Maşinist burada da müvafiq tapşırıqları alaraq, bilik və bacarığını yoxlaya, qiymətləndirə biləcək.
Kabinada sükan arxasında olan maşinistin bütün hərəkətlərini onun həmkarları da quraşdırılmış proyektor vasitəsilə əyani şəkildə izləyib, sonradan müzakirələr apara biləcəklər.

"Vaqon guşələr"
Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələr təlim-tədris mərkəzində təlimlərin həyata keçiriləcəyi ən əhəmiyyətli sahələrdir. Hər bir guşə əhatə etdiyi sahənin özəlliklərini, texniki xüsusiyyətlərini özündə əks etdirməklə ən müasir texnoloji tələblər səviyyəsində  əyani vəsaitlərlə təchiz edilmiş nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır. Burada divarlar boyunca sahələrin və struktur vahidlərinin fəaliyyət spektrini əhatə edən və ən çeşidli məlumatlarla zənginləşdirilmiş statik lövhələr yerləşdirilib. Hər guşədə monitorlar quraşdırılıb və bu, informasiya-kommunikasiya texnologiyalarının müasir imkanları çərçivəsində  mümkün formatların köməyi ilə tədris prosesinin daha canlı və dərindən, bütün detalları ilə mənimsənilməsinə şərait yaradır. Ən mühüm əyani vəsaitlər sırasında xüsusi sifarişlə hazırlanmış və tədris prosesində hər sahənin özəlliklərini əks etdirən maketlər və əyani istehsalat nümunələri də yer alıb. Bu isə tədris prosesinin istehsalat şəraitinə daha da yaxınlaşmasına kömək edəcək. Tədris mərkəzində, ümumilikdə, xüsusi sifarişlə hazırlanmış 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaitləri yer alır.

Vaqonların istismarı və təmiri guşəsi
Birinci guşə lokomotiv parkı ilə bağlı əsas sahələri əhatə edir. Depoda təmir proseslərin, o cümlədən Azərbaycanda ilk dəfə təşkil edilmiş metro vaqonlarının əsaslı təmiri prosesini, həmçinin digər təmir, texniki xidmət və baxış növləri, vaqonların texniki xüsusiyyətlərini yaxından mənimsəmək olar. Bakı metropolitenində istifadə olunmuş tarixi E, həmçinin hazırda xətlərdə işləyən 81-717, 81-760 və 81-765 tipli baş vaqonların və hər birinin yanında yerləşən arabacıqlarının maketləri vaqon təmirçiləri üçün əhəmiyyətli tədris vəsaitidir.

Metro inşaatı guşəsi
Metro inşaatının zəngin, Bakının mürəkkəb geoloji şəraitində əksər hallarda yüksək şücaət hesabına başa gələn tikintisini əks etdirən guşədə isə tarixi və müasir layihələrin nümunələrdən hər dövrün fərqli detallarını, yeraltı tikintinin inkişaf dinamikasını, xüsusiyyətlərini, həmçinin onun texnoloji, Bakının hidrogeologiyasına uyğun aparılan işlərin məzmun və mahiyyətini öyrənmək mümkündür.
Metro inşaatı sürətlə yeniləşir. Tunel qazıntısında Almaniyanın "Herrenknecht" tunelqazma komplekslərinin tətbiqi metro inşaatında yeni, daha sürətli və keyfiyyətli era açıb. S-835 kompleksinin maketi xüsusi hazırlanaraq tədris vəsaiti kimi təlim prosesində istifadə olunacaq. Bununla yanaşı, videodərsliklər də müdavimlərin hərtərəfli biliklərə yiyələnməsini təmin edəcək.

İşarəvermə, rabitə və kommunikasiyalar guşəsi
Müasir metropoliten daha çox işarəvermə və rabitə, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişaf sürəti ilə seçilir. Bu mənada yeni xətlərin inşası ilə Bakı metropolitenində başlanmış ən müasir metro texnologiyaları hazırda mövcud xətlərdə də mərhələ ilə tətbiq edilir. SCADA dispetçer idarəetməsi, qatarların CBTC radiokanal idarəetməsi, mövcud mikroprosessor sistemləri, qatarların hərəkətinin təşkili və tənzimlənməsini mümkün edən yol və tunel avadanlıqları, rabitə vasitələri daha bir guşənin özəlliyidir. Burada yeni xətlərdə tətbiq edilən sistemlər, "Nərimanov" elektrik deposunda tətbiq edilən ox sayğacı, drossel-transformator, müxtəlif relelər və s. avadanlıqların nümunəsində keçiriləcək dərslər tədrisin optimallığını təmin edəcək. Bu xüsusda qeyd edək ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, Bənövşəyi xətdə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (qataların hərəkətinə radiokanal nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə Bakı metropoliteninin bir qrup işçisi 2014-cü ildə Toronto şəhərində Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Canada”da, daha sonra İstanbul metropolitenində təcrübə keçiblər. Hazırda həmin işçilər təlim-tədris mərkəzində yeni sistemlərlə işləmək təcrübəsini həmkarları ilə bölüşür. Eyni zamanda Azərbaycan-Fransız Universiteti ilə bağlanmış anlaşma memorandumuna əsasən, bu ali təhsil ocağının müvafiq ixtisaslar üzrə tələbələrinin əyani praktiki məşğələləri Bakı metropolitenində, o cümlədən təlim-tədris mərkəzində təşkil edilir.
Onu da əlavə edək ki, bu sahənin mürəkkəbliyi və vacibliyi nəzərə alınaraq, müdavimlərə texnoloji proseslərin əyani öyrədilməsi məqsədilə burada müvafiq yol infrastrukturunun maketi və avadanlıqlarla təchiz edilmiş xüsusi kabinet də fəaliyyət göstərəcək. Yenilikləri xüsusi monitorda nümayiş etdirilən bu kabinet də müasir texnologiyaların tələblərinə uyğun müntəzəm olaraq tədris vəsaitləri ilə zənginləşdiriləcək.

Eskalator, lift və travolator guşəsi
Metropolitendə sərnişinlərə nümunəvi xidmət göstərən, yeni dövrün tələblərinə uyğun olaraq təchiz olunmuş yeni xətlərdə travolator və liftlərin quraşdırılması ilə zənginləşmiş eskalator təsərrüfatı ən müasir standartların geniş tətbiq edildiyi sahələrdəndir. Təkcə onu demək kifayətdir ki, Bakı metropolitenində eskalatorların 84 faizindən də çoxu müasir nümunələrdən ibarətdir. Bu guşənin stendlərində eskalatorun bir parçasının, eləcə də bir neçə əsas detallarının nümunəsində, statik texniki özəlliklərini görmək mümkündür. Metropolitendə yeni tipli eskalatorların böyük əksəriyyət təşkil etməsi ilə əlaqədar olaraq, xüsusi ayrılmış texniki tədris kabinetində "Thyssen Krupp Fahrteppen" şirkəti ilə əməkdaşlıq şəraitində tədris məqsədilə real iş prinsipləri üzərində qurulmuş stenddən istifadə olunur. Belə bir vəsait "Thyssen Krupp" şirkətinin əməkdaşlıq etdiyi müəssisələr arasında yalnız Bakı metropoliteni üçün hazırlanıb.

Yol və infrastrukturun diaqnostikası guşəsi
Yollar metropolitenin ən mühüm infrastruktur sahələrindəndir. Bu barədə söhbət açan guşədə yol təsərrüfatını fərqli parametrli yoldəyişdirici qurğuların maketləri, yol avadanlıqları və üstquruluş elementləri, alətlər və digər nümunələrlə yanaşı, Bakı metrosunun plan və profildə mürəkkəbliyini, fərqliliyini əks etdirən stendlər vasitəsilə yaxından qavramaq olar. Metropolitenin təhlükəsizliyinin əsas təminatçısı olan diaqnostik və metroloji məlumatların bazası bu sahədə tam olaraq əksini tapıb. Bu xüsusda diaqnostika kompleksinin fəaliyyəti və yol infrastrukturunun yoxlanılması avadanlıqları, eləcə də əsas diaqnostik parametrlər üzrə yoxlamaları barədə göstəricilər  metropolitenin zəngin, eyni zamanda mürəkkəb və diqqət tələb edən bir sahə olması barədə ətraflı məlumat mənbəyidir.
Bakı metropoliteninin özünün istehsalat sahəsində qurulmuş sexində Almaniyanın "Vollert" şirkətinin texnologiyaları əsasında Azərbaycanda ilk dəfə dəmir-beton blokların istehsalı artıq xətlərdə də geniş istifadə olunmaqdadır. Sınaq yolunda əldə olunan təcrübə hazırda Bənövşəyi xəttin "Memar Əcəmi-B-3" mənzil yolunda, "Xətai" stansiyasının baş stansiya yolunda tətbiq edilib. "Xocəsən" deposunun tunellərində də yollar bu bloklar üzərində qurulur. Ağac şpalları əvəz edən bu blokların tətbiqi, dəmir yolların yeni üsul və metodlarla qurulması, yolun yeni tipli üstquruluşu elementlərinə qulluğun mənimsənilməsi və kadrların hazırlanmasında Təlim-tədris mərkəzi əhəmiyyətli rol oynayacaq.

Elektrik təchizatı guşəsi
Metropoliten fəaliyyətini təmin edən mürəkkəb və çoxşaxəli quruluşa malik elektrik təchizatı sisteminin əsas istiqamətləri, bu təsərrüfatın fəaliyyətini təmin edən sistemlər, qurğu və avadanlıqların, alətlərin yer aldığı guşədə təmas relsinin fəaliyyətini əks etdirən qurğuların iş rejimi barədə ən müfəssəl məlumatları almaq mümkündür. Bu xüsusda unikal rele mühafizə sisteminin iş prinisplərini əyani nümayiş etdirən stend, həmçinin real tunel şəraitində qurğuların gərginlik altında işini göstərən metropoliten mütəxəssislərinin tətbiq etdiyi əyani tədris vəsaitidir. Bakı metropoliteninin elektrik yarımstansiyalarının  "Siemens" şirkətinin aparıcı texnologiyaları əsasında yenilənməsi nəzərə alınaraq, texnoloji proseslərin mənimsənilməsi, peşə biliklərinin artırılması, kadr potensialının gücləndirilməsi məqsədilə Mərkəz müvafiq əyani praktiki vəsaitlərlə təchiz edilib.

Mühəndis texniki qurğular guşəsi
Mühəndis-texniki qurğular metropolitenin fəaliyyətinin tənzimlənməsində mühüm sahələrdəndir. Ventilyasiya, isitmə-soyutma, su təchizatı sistemləri, müxtəlif təyinatlı suvurma qurğularının fəaliyyətini əks etdirən vəsaitlər bu sahənin özəlliklərini daha əyani şəkildə müdavimlərə çatdıracaq. Eyni zamanda burada yaxın gələcəkdə metropolitendə tətbiqi nəzərdə tutulmuş qabaqcıl sistem və texnologiyalar barədə geniş texniki məlumatlar stendi proqressiv düşüncənin məhsulu kimi dəyərləndirilir. Havalandırma, nasos, su təchizatı kimi sistemlərin dünəni və bu günü, avadanlıqların müqayisəli təhlili üzərində qurulmuş tədris prosesi bu sahədə də ixtisaslaşmış, günün tələbləri ilə ayaqlaşa bilən kadrların hazırlanmasını  təmin edəcəkdir.

Tunel qurğuları guşəsi
Tunellər metropoliten infrastrukturunun təməlini təşkil edir. Xüsusi guşədə stansiya və tunel kəsiklərinin maketləri əsas yeri tutmaqla, tunellərin quruluşu, ölçüləri, eyni zamanda, paytaxtın ağır geoloji şəraitində onlara qulluq, axıntıların qarşısının alınması üçün materiallar, korroziya ilə mübarizədə tətbiq edilən xüsusi boyaq maddələri Bakı metrosunun nə qədər mürəkkəb bir quruluşa malik olduğunu və daim nəzarət, diqqət altında saxlanılmasının vacibliyini göstərir.

Hərəkətin təşkili, idarə edilməsi və tənzimlənməsi kabineti
Metropolitenin əsas vəzifəsi sərnişinləri, təhlükəsizliyin ən yüksək təminatı şəraitində, mənzil başına çatdırmaqdır. Bu xüsusda təlim-tədris mərkəzində hərəkətin təşkili, idarə olunması və tənzimlənməsini təmin edən sahə üçün ən geniş kabinet ayrılıb. Burada hərəkət xidmətinə aid əyani vəsaitlər, mərkəzdə yerləşdirilmiş iri displey idarəetməli plazma monitor yerləşdirilib. Bu monitor vasitəsilə bütün tədris prosesinə aid dərsliklərin əyani nümunələrini, hər bir sahənin özəlliklərini, stansiyalar üzrə bölgüləri müdavimlərə izah etmək mümkündür. Metropoliten xətlərinin əyani sxemi, sərnişindaşıma qrafikası sahənin əhəmiyyətini, mürəkkəbliyini, eyni zamanda əsas iş prinsiplərinin xüsusiyyətlərini tam olaraq açır.
Platforma növbətçilərinin nümunəvi qış və yay geyim formaları, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, əsas işçi alətlər və s. ilə bağlı əyani vəsaitlər biliklərin dərinləşdirilməsinə xidmət edir. Yaxın gələcəkdə həmin otaqda yeni sistemlərin fəal tətbiq olunmağa başlandığı "Nərimanov" elektrik deposu və onu xətlərə birləşdirən park yollarının maketi quraşdırılacaq. Bu isə tədris prosesini bütün çalarları, dərinliyi ilə əyani və aydın şəkildə mənimsəmək üçün mühüm vəsait olacaq.

Kadrların yetişdirilməsinin sirləri 
Qeyd edək ki, yeniliklər artıq bu tədris mövsümündən başlayaraq müasir sistemlərin tətbiqi ilə yeni əsaslar və metodiki planla kursların təşkilinə imkan yaradıb. Artıq həm peşə səviyyəsinin artırılması, həm yeni peşələrin mənimsənilməsi, yeni peşə hazırlığı və müxtəlif profilli kadrların yetişdirilməsi üçün ən münbit şərait təmin edilib.
Qeyd edək ki, təlim-tədris mərkəzi fəaliyyətini Bakının aparıcı ali və orta-ixtisas təhsil ocaqları ilə sıx əməkdaşlıq şəraitində qurur. Bu isə tədrisin keyfiyyətini artırmaq, eyni zamanda, təcrübə mübadiləsini genişləndirmək, burada təhsil alan gələcək kadrlara ən zəruri texnoloji təcrübənin aşılanmasına, nəzəri biliklərin praktiki cəhətdən dərinləşdirilməsinə şərait yaradılması deməkdir. Bu imkandan faydalanmaqla ölkənin tədris ocaqları daha yetkin və savadlı kadrların hazırlanmasına nail ola biləcəklər.
Hazırda qarşılıqlı razılaşma əsasında bağlanmış memorandumlar çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. "Bakı Metropoliteni" QSC-nin Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye, Texniki, həmçinin Memarlıq və İnşaat universitetləri, habelə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri  artıq öz bəhrəsini verir.
Bu təhsil müəssisələrinin pedaqoji heyətinin üzvləri metropolitendə kadr hazırlığı prosesinin fəal iştirakçılarıdır. Eləcə də Bakı metropoliteninin istehsalat sahələri bu ali məktəblərin tələbələri üçün təcrübə bazasına çevrilib. Təhsil Nazirliyi ilə “Bakı Metropoliteni” QSC-nin əməkdaşlığının bundan sonra daha da dərinləşdirilməsi isə ölkəmizdə peşəkar kadrların yetişdirilməsinə xüsusi töhfə verəcəkdiÜmumən, metropolitendə kadr potensialının gücləndirilməsi, müəssisəni ixtisaslı kadrlarla təchiz etməyin müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübədən bəhrələnmək  da diqqət mərkəzindədir. Metropoliten mütəxəssisləri Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada təcrübə keçmişlər və bu ölkələrdə aldıqları bilikləri metropolitençi həmkarları ilə bölüşür, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında yaxından iştirak edirlər. Yeraltı xətlərdə yeni idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edən Fransanın “Thales” şirkətinin təcrübəsindən yararlanmaq məqsədilə davamlı kurslar təşkil olunub və hazırda Azərbaycan-Fransa Universtitetinin xətti ilə davam etdirilir. Yenidən qurulmuş təlim-tədris mərkəzi bu imkanları genişləndirməklə, onları dərinləşdirməyə və ölkəmiz üçün ən səmərəli təhsil, peşə və tədris layihələrinin həyata keçirilməsinə yol açacaq.

Read more
 

Yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tədris ili başlanıb

Oktyabrın 3-ü “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin aidiyyəti sahə üzrə  rəhbər və mütəxəssis heyəti ilə yanaşı, "Bakı Metropoliteni" QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən "Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski, "Siemens Azerbaijan"ın rəhbəri Azər Quliyev tədbir iştirakçıları sırasında olublar.

Metropolitenin təlim-tədris mərkəzinin binası 1926-ci ilin sentyabr ayının 24-də SSRİ-nin ilk elektrik dəmiryolu nəqliyyatı olan Sabunçu vağzalının elektrik deposu kimi istismara verilib. 1966-cı ildə Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamı ilə tikili Bakı metropoliteninin balansına verilib və burada qatarların hərəkətinin təşkili və idarə edilməsi üzrə ən mühüm xidmətlərin dispetçer mərkəzləri fəaliyyət göstərib. 2014-cü ildə dispetçer mərkəzləri yeni inşa edilmiş texnoloji korpusa köçürülək  həmin il sentyabr ayının 16-da burada təlim-tədris mərkəzi fəaliyyətə başlayıb.
Tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov binada böyük təmir və yenidənqurma işləri aparıldığını, burada texniki kabinet, auditoriyalar, ən əsası, tədris guşələrinin yaradıldığını qeyd edib. Mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks olunduğunu, stendlərin ümumilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin metropolitenin inkişaf tarixindəki tarixi  missiyalarını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.
Zaur Hüseynov  metropolitendə tətbiq edilən texnoloji yeniliklərin mənimsənilməsində, yeni tipli kadrların hazırlanmasında Mərkəzə əhəmiyyətli tələbatın artdığını və bu səbəbdən yeniliklərin zəruri tələbə çevrildiyini də vurğulayıb. O, Fransanın “Thales” şirkətinin Bənövşəyi xətdə tətbiq etməyə başladığı SCADA və CBTC, TETRA rabitə sistemlərinin öyrənilməsi və bu xüsusda yeni kadrlara böyük ehtiyac olduğunu buna nümunə kimi göstərib. Hazırda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin praktiki məşğələləri də məhz metropoliteninin istismar sahələri və tədris mərkəzində keçirilir. O, Metropolitendə elektrik yarımstansiyalarının yenidən qurulmasında "Siemens", eskalatorların dəyişdirilməsində "Thyssen Krupp" şirkətləri ilə əməkdaşlıq perspektivlərinə toxunaraq Mərkəzdə bu müəssisələrin vəsait və stendlərinin də əhəmiyyəti əyani tədris vəsaiti olduğunu bildirdi.
Zaur Hüseynov Bakı metropolitendə yeni tipli qatar tərkiblərinin sayının 11-ə çatdığını qeyd edərək, maşinistlərin də yenidən ixtisaslaşdırılması, yeni nəsil maşinistlərin hazırlığına başlanıldığını deyərək, Rusiyanın "Loqos" şirkətinin Mərkəzdə "81-765" tipli baş vaqonun bazasında quraşdırdığı trenajorun əhəmiyyətindən də bəhs edib.
Metro inşaatında tətbiq edilən "Herrenknecht" tunelqazma kompleksinin, həmçinin metropolitenin istehsalat sahəsində Almaniyanın "Vollert" şirkətinin texnologiyaları əsasında qurulmuş sexdə Azərbaycanda ilk dəfə ağac şpalları əvəz edən dəmir-beton blokların istehsalının təşkilini, yolun yeni tipli üstquruluşu elementlərinin tətbiqini qeyd edərək, Mərkəzin bu texnoloji yeniliklərin tələblərinə uyğun kadrları bundan sonra daha müasir qaydada hazırlayacağını deyib.
2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçinin cəlb edildiyini, imtahanların test üsulu ilə elektron qaydada aparıldığını diqqətə çatdıran  Zaur Hüseynov Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlığın bundan sonra daha intensiv və qarşılıqlı faydalı şəkildə aparılacağına əminliyini ifadə edib.
Sonra metro tarixi, tətbiq edilən yeniliklərə həsr olunmuş qısametrajlı filmin təqdimatı olub.
Mərasimdə təhsil naziri Ceyhun Bayramov çıxış edərək, həm ölkə, həm də metropoliten tarixində tədris prosesinin yeni innovasiyalarla müşayiət olunması baxımından belə bir Mərkəzin açılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, bu xüsusda “Bakı Metropoliteni” QSC-nin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyini, tələbələrin müxtəlif sahələr üzrə yeni interaktiv təlimlərlə kursların məhz bu tədris ocağında keçirilməsinin gələcək peşəkar kadrların yetişidirlməsində böyük rol oynayacağına əmin olduğunu bildirib və Mərkəzə yeni nailiyyətlər arzulayıb.
Rəsmi hissə başa çatdıqdan sonra mərasim iştirakçıları Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Hər güşədə mütəxəssislər müvafiq sahələrdəki yeniliklər və təlim-tədris prosesinin təşkilində diqqət yönəldiləcək məqamlar barədə ətraflı məlumat veriblər.

Read more
 

Yeni tipli kursun ilk maşinistləri sərnişinlərə xidmət edir

Bakı metropoliteni tarixində ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər qatar maşinistləri sırasına daxil olub. Daha 3 nəfərə isə kadr komissiyası qarşısına təkrarən çıxmaq üçün daha bir şans bir aylıq hazırlıq möhləti verilib.

2019-cu il aprel ayının 1-dən yeni hazırlıq prosesinin müdavimi olan 15 yeni maşinist Bakı metropoliteni xətlərində yeni tipli qatarları idarə etməyə başlayıb.
Kurslar barədə elan verildikdən sonra, “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytı vasitəsilə 500-dən artıq müraciət daxil olsa da, onlardan 339-u əsas tələblərin şərtlərinə uyğun gəlməyib. Kadr komissiyasına dəvət edilmiş 170 nəfərdən 127-si ilk seçim mərhələsində iştirak edib. Komissiya ümumi və texniki bilik səviyyəsinə, psixoloji duruma, dünyagörüşü və maşinist peşəsi ilə bağlı məlumatlılığa qiymət verib.
Növbəti seçim turuna keçən 31 nəfərdən 3-ü ikinci mərhələyə qatılmaq istəməyib. Peşəkar mütəxəssislərin psixoloji testini 22 nəfər uğurla keçib və tibbi yoxlamadan ibarət üçüncü mərhələdən daha 3 nəfər imtina edib.
Qalan 19 nəfərdən ikisi fikrindən daşınıb və dərslər 17 iddiaçı ilə başlanıb. Tədris proqramı hər iş günü olmaqla əvvəlcə sırf nəzəri, daha sonra həm də praktiki hissələrdən ibarət olub. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi əksini tapıb. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilib.
Təlimlər zamanı iştirakçılardan daha 2-si kursu könüllü olaraq tərk edib. Onu da əlavə edək ki, tədris prosesi dövründə iştirakçılara təqaüdlər verilib.
Metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 10-dan artıq qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın uğurla keçib.
Hazırlıq kursunu da müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub. Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də «Bakı Metropoliteni» QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra, özünə güvənərək, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, bu təlimlərin gündəlik və iş gününə bərabər saatda davam etməsi səbəbilə iddiaçının, eyni zamanda, iki yerdə işləməsi və yaxud iki vəzifə tutması qeyri-mümkün idi. Bununla, «Bakı Metropoliteni» QSC həm də təlim-tədris prosesinin bütün iştirakçıları arasında bərabər tədris şəraiti yaratmışdı.
Maşinistlərin işə qəbulunun yeni və əvvəlki qaydalarını müqayisə etmək lazımdır. Tədris proqramları arasında böyük mahiyyət, məzmun və mövzu fərqi yoxdur, fərq kursların müddətindədir. Buna qədər maşinist olmaq üçün 3 il ərzində müxtəlif mərhələləri keçmək lazım idi. Müvafiq peşə təhsili olanlar metropolitendə işə düzələrək, ən azı, bir il çilingər işləməli idilər. Daha sonra maşinist köməkçiliyi kursunda iştirak edib, imtahan vermək tələb olunurdu. Maşinist köməkçisi də yenə bir ilə qədər işlədikdən sonra yeni kursa yazılır və eyni mərhələləri keçirdi. Metropolitendə 20 ildən artıq maşinist köməkçisi işləyənlərin olduğunu nəzərə alsaq, keyfiyyət fərqini görmək mümkündür. Tədrisin istehsalatdan ayrılmadan təşkili də pedaqoji effektivsizlikdə, kursun keyfiyyətində, əmək məhsuldarlığında əksini tapırdı. Ən əsası, bu istismar və təmir zamanı işin təşkilinə mənfi təsir göstərirdi. Nəticədə, maşinist qıtlığı yaranır, peşəyə maraq azalırdı. Həmçinin təmir üzrə məsul peşələrə də münasibətdə qeyri-ciddilik mənbəyi olurdu. Çünki maşinist olmaq ehtimalı çilingərlərin usta və mühəndis kimi ixtisaslı kadrların hazırlanmasının da qarşısını alır, nəticədə peşəkar, işin spesifik xüsusiyyətlərini illərlə mənimsəyən kadr qıtlığı yaranır və bu da lokomotiv parkının vəziyyətinə mənfi təsir edirdi. 
Yeni qaydalar bununla yanaşı, maşinist peşəsi arzusunda olanları bu sənətə daha da yaxınlaşdırıb. Maşinist peşəsinə yiyələnə biləcək texniki təhsilli namizədlərin profili daha genişləndirilib. Bu isə bacarıqlı və istedadlı kadrların seçilməsini, yetişdirilməsini asanlaşdırır. 
Yenilik tətbiq edilərkən, dünyanın aparıcı metropolitenlərinin təcrübəsi yaxından öyrənilib. Müqayisə üçün qeyd edək ki, İstanbulda maşinistlər texniki peşə təhsili olan insanlar arasından 3, Rusiyanın aparıcı metropolitenlərində 6 ay ərzində hazırlanır.
Yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. 2019-cu il fevral ayının 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd edilmiş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib olunur.

Read more
 

MAŞİNİST PEŞƏSİ ÜZRƏ NAMİZƏDLƏRİN SEÇİMİ

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyətinin hərəkət qatarlarının maşinisti peşəsi üzrə 2018-ci il iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb. Seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.

İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.
Qeyd edək ki, seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb.
Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.
Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.
Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.
Onu da xüsusi qeyd etmək lazımdır ki, "Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.
Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra kadrların hazırlanması və ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata keçirilib. Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-kommunikasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır.
Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir. 
Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.
Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü veriləcək.

Read more
 

3 il ərzində müasir tələblər səviyyəsinə

2014-2016-cı illərdə kadrların ixtisasartırma kurslarında, ümumən, 470 metropolitençi peşə səviyyəsini təkmilləşdirib. 2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq. Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, yeni biliklərin mənimsənilməsi və tətbiqi həmişə gündəmdə olub. Lakin bununla bağlı təlim-tədris prosesi mərkəzləşmiş qaydada yalnız “Bakı Metropoliteni” QSC-nin yaranmasından sonra təşkil edildi. Bu isə metropoliten üçün belə həssas məsələyə daha səmərəli və keyfiyyətlə yanaşılması təmin etdi. Metropolitendə təlim-tədris mərkəzi 2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin imzaladığı müvafiq əmrlə yaradılıb. Bundan 14 gün sonra əsasnaməsi təsdiq edilən təlim-tədris mərkəzi “Bakı Metropoliteni” QSC-nin “Rabitə evi” texniki-inzibati binasında fəaliyyətə başlayıb.
Müasir sistemlərin tətbiqinə keçid, həmçinin əməyin səmərəli və yeni əsaslarla təmin edilməsi məqsədilə hər il tədris planı təsdiq edilir və kurslar fəaliyyətə başlayır. Keçirilən kurslara peşə səviyyəsinin artırılması, başqa işə keçirilmə, yeni peşə hazırlığı və digərləri aiddir. Tədris xidmət və sahələrin tələblərinə uyğun, həmçinin istehsalatdan ayrılmadan və dinləyicilərin əsas peşə fəaliyyətinə mane olmadan yerinə yetirilir. Təlimlər 5 günlük, 1, 3 və 6 aylıq kursların təşkili yolu ilə aparılır. Təlimatlar əsasında hazırlanmış əyani vəsaitlərdən, təlimatçıların hazırladığı slayd və videoçarxlardan istifadə olunur, interaktiv məşğələlər keçirilir. Ümumilikdə, təlim-tədris mərkəzinin fəaliyyəti dövründə iki mindən artıq metropolitençi kurslara cəlb olunub. Kurslar qatar maşinisti və maşinist köməkçisi, vaqon təmiri üzrə texniki personal, qatar dispetçeri, mərkəzləşmə məntəqəsi növbətçisi, qatarların qəbul edilib yola salınması üzrə növbətçi, avtomat-buraxılış məntəqəsi nəzarətçisi, nasos, ventilyator və eskalator mütəxəssisi, yol və tunel ustaları, usta köməkçiləri, rabitə, işarəvermə, elektrik təsərrüfatı üzrə böyük elektromexanik, ilməkçi, tunel lokomotivi maşinisti, elektrik qaz qaynaqçısı, kran maşinisti peşələrini əhatə edir.
Təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər, sadəcə, ixtisasartırma kursu keçmişdisə, növbəti dərs ili müxtəlif peşələrdən 1250 işçi, o cümlədən 555 mütəxəssis və 219 fəhlə, həmçinin yeni işə qəbul edilənlərdən 74 nəfər nəinki ixtisasartırma, həm də yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Onlardan 363-ü məhz yeni peşə hazırlığı kursu olub. “Bakı Metropoliteni” QSC yeni işə qəbul edilənləri ödənişsiz peşə hazırlığı kurslarına cəlb etməklə həm bu sahədə yeniliyə səbəb olub, həm də onların metropoliten kimi strateji sahədə çalışmaları üçün münbit şərait yaradıb. Yeni peşə hazırlığı kurslarına qatarların qəbul edilib yola salınması üzrə növbətçi, eskalator təsərrüfatı üzrə növbətçi dispetçer və mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri vəzifələri daxil olub. Kursun sonunda imtahanda yüksək nəticə göstərənlər müvafiq peşə üzrə metropolitendə işlə təmin olunublar.
2015-ci ildə alınmış və yeni texnologiyalara əsaslanan 81-760/761 seriyalı qatarların idarə edilməsini mənimsəmək üçün Moskva metropoliteni ilə bağlanmış müqavilə əsasında maşinist və təlimatçı-maşinist kursları təşkil olunub. 25 maşinist və təlimatçı-maşinist nəzəri və praktiki təlimlərdən sonra sınaq imtahanından keçib və şəhadətnamələr alıblar.
Xüsusi qeyd olunmalıdır ki, 2015-2016-cı illərdə 64 nəfər qatar maşinisti köməkçisi ixtisası üzrə 6 aylıq hazırlıq kurslarına qatılıb və tədris prosesinin yekununda mərhələli imtahan veriblər.
2016-cı ildə diaqnostika və metroloji təminat mərkəzinin, yol, elektromexanika və birləşmiş emalatxana xidmətlərinin 14 işçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikat alması üçün təlim-tədris mərkəzində kurslar təşkil olunub. Komissiya tərəfindən sınaq imtahanı aparılıb, vəsiqələr verilib. Həmçinin 2016-cı ilin sonuna qədər başa çatdırılmış kurslarda tikinti departamenti üçün 10 nəfər tunel lokomotivi maşinisti, 20 nəfər isə sipər maşinisti, 25 nəfər ilməkçi və elektrik qaz qaynaqçısı hazırlanıb və müvafiq sertifikatlarla təmin ediliblər.
Hazırda tikinti və istismar sahələrində 53 nəfər olmaqla, ilməkçi, elektrik qaz qaynaqçısı, qazan operatoru və kran maşinisti kursları yekunlaşıb, sertifikatlar təqdim olunub.
2014-2016-cı illərdə kadrların ixtisasartırma kurslarında, ümumən, 470 metropolitençi peşə səviyyəsini təkmilləşdirib. 2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq. Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.
2015-ci ildən etibarən “Bakı Metropoliteni” QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.
Qeyd edək ki, metropolitendə kadr potensialının gücləndirilməsi, təchizatın müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübənin artırılması da diqqət mərkəzindədir. Belə ki, yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edən Fransanın “Thales” şirkətinin təcrübəsindən yararlanmaq məqsədilə davamlı kurslar təşkil olunub. Metropoliten mütəxəssisləri yiyələndikləri bilikləri artırmaq üçün Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada beynəlxalq təcrübə keçiblər. Hazırda tədris prosesini başa vuran mütəxəssislər aldıqları bilikləri metropolitençi həmkarları ilə bölüşür, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında yaxından iştirak edirlər.

Read more
 

First participants of training in Istanbul and Toronto

First participants of educational and training center under Baku Metro OJSC are already in Toronto (Canada). A team of 6 metro workers will undertake 3-week internship in France’s Thales Canada.

It should be noted that first training on learning SCADA (supervisory control and data acquisition - dispatch management and database) and CBTC (Communications-based train control - communication-based train control and management) systems to be applied to the Purple Line was carried out at educational and training centre under Baku Metro OJSC in accordance with the agreement with French company Thales SA. The courses held with the participation of French specialists were then continued in Istanbul. After 3-week training in Turkey metro workers will apply in practice experience gained so far in Toronto.

Thus, 3-stage learning process will be completed. The knowledge gained at the courses will be used in the professional training of metro staff, mastering of new technologies. Specialists who have completed the training process will share their knowledge with metro colleagues; along with direct fulfilling of their duties in the production they will also participate in the activity of the training centre, training of personnel who will be able to work with new technologies.

Read more
 

BİRİNCİ DƏRS İLİ NƏ GÖSTƏRDİ

2015-ci ilin tədris ili başa çatıb və növbəti mövsümün hazırlıqları başlanıb. Artıq metropolitendə də tədris prosesi, bu sahəyə aid termin və ifadələr daha aktiv işlənməkdədir. Əvvəllər yalnız sahələr üzrə məhdud profildə tədris proqramları keçirilirdisə, ötən il təsis edilmiş təlim-tədris mərkəzi bu sahəni genişləndirməklə metropollitendə son bir ilin ən böyük yeniliyinə çevrilib.

2015-ci ilin tədris ili başa çatıb və növbəti mövsümün hazırlıqları başlanıb. Artıq metropolitendə də tədris prosesi, bu sahəyə aid termin və ifadələr daha aktiv işlənməkdədir. Əvvəllər yalnız sahələr üzrə məhdud profildə tədris proqramları keçirilirdisə, ötən il təsis edilmiş təlim-tədris mərkəzi bu sahəni genişləndirməklə metropollitendə son bir ilin ən böyük yeniliyinə çevrilib.
Oktyabrın 27-də mərkəzdə keçirilən ilk məşğələ bəlkə də rəmzi mənası ilə daha çox diqqət çəkdi. Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində «Thales» şirkəti ilə bağlanmış iki müqavilədən biri məhz kadr hazırlığı ilə bağlı idi. İlk müdavimlərin toplaşdığı məşğələ yeni xətlərdə tətbiq olunacaq müasir sistemlərə həsr olundu. Sonradan həmin müdavimlərin arasından seçilən gənclər Türkiyənin İstanbul və Kanadanın Toronto şəhərlərində təlimlərə cəlb edildilər.
Fəaliyyət göstərən 5 auditoriya məşğələlərin müasir tələblərə uyğun keçirilməsi üçün lazımi vəsait və avadanlıqla - masalar və stullar, yazı lövhələri və dolablarla, kompüter və audiovizual texnologiyalarla, elektron proyektorlarla, ekranlar və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia vasitələri, interaktiv təlim üsulları, audio-video texnikadan istifadə olunması və s. əyani vəsaitlərin yeni erasının məhsuludur. Bunlar tədrisi zənginləşdirir, dərsin, materialın həcmini daha asan və sürətlə qavramağa kömək edir. Gələcəkdə peşə vərdişlərinin praktiki möhkəmləndirilməsi və genişləndirilməsi üçün ən yaxşı əyani vəsait olan sınaq və məşq simulyatorlarının tətbiqinin bütün mümkün sahələrdə genişləndirilməsi üzərində də iş aparılacaq. Mobil telefon, portativ elektron məhsullar, internet və s. texniki imkanların adi sosial-məişət səviyyəsinə çatması ilə audio-video dərslərin, mühazirələrin, praktiki məşğələlərin, konspektləşdirmənin elektronlaşdırılması yolu ilə təşkilinə geniş şərait yaradır.
İlin 6 ayı ərzində bir neçə xidmət və sahə üzrə kurslar təşkil olunub, imtahanlar götürülüb. İndi nəticələr təhlil edilir, mərkəzləşmiş şəkildə qarşıda duran vəzifələr müəyyənləşir. Bütün bunlar yeni tədris mövsümündə işimizi təkmilləşdirməyə kömək edəcək.
İnsan resursları və xidmət departamenti artıq müvafiq iş apararaq, kadrlar üzrə baza məlumatları, ehtiyacları nəzərə alan sistemin qurulması üzərində çalışır. Bununla da yaxın gələcəkdə fərqli prinsiplərlə kadr hazırlamağa, ixtisas artırmağa, yaxud da bilik və bacarığa uyğun peşəni dəyişməyə imkan verəcək bir münbit şərait yaradacıqdır. Həmçinin kursların məzmun və mahiyyətini, müddətini təyin etmək də mümkün olacaqdır.
Tələbat artdıqca, mərkəzin genişləndirilməsi də davam edəcək. Auditoriyaların sayının artırılması, təcrübə avadanlıqları üçün şəraitin qurulması, metodiki laboratoriya, təlimatçı-müəllimlərə otaqların və guşələrin ayrılması, kitabxana, o cümlədən audio-videoteka, konfrans zalı və s. ilə bağlı işlər bu məsələnin tərkib hissəsidir. Əyani vəsaitlərlə bağlı məsələyə də həssaslıqla yanaşılaraq, tədris plakatları, sxemlər və s. bu kimi vəsaitlər hazırlanır, yenilənir.
Mərkəzin kitabxanasının formalaşdırılması üzərində sürətli və həssas iş aparılır. Ümumiyyətlə, 700-ə yaxın təlimat, normativ sənəd, texnoloji proses və s. ədəbiyyat üzərində iş aparılmalıdır. Hazırda onların bərpası üzərində iş gedir. Əlbəttə, müasir kitabxana yalnız rəflərdə olan çap məhsullarından ibarət deyil. Elektron kitabların bazası da əhəmiyyətlidir. Audio-video kitablar, dərsliklərlə yanaşı, müxtəlif tədris prosesləri arxivləşdiriləcək.
Təlim-tədris mərkəzinin yaradılması yerli və xarici mütəxəsissləri bu işə cəlb etmək imkanı da verir. Yeni xətlərdə tətbiq edildəcək sistemləri mənimsəmək üçün «Thales» şirkətinin Kanada və Türkiyədəki kurslarına cəlb edilmiş müdavimlərlə geniş formatda təcrübə mübadiləsi təşkil edilib. Bu xüsusda maraqlı bir məsələ də gündəliyə gəlir: tədrisi xarici təchizatçı şirkətlərin mütəxəssislərinin videokörpü, videokonfrans yolu ilə qoşulmasını da təşkil etmək də mümkündür.
Bir sözlə, mərkəz çeşidli və geniş spektrli məsələlərin həyata keçirilməsini nəzərdə tutur.

Read more
 

Establishment & Activity of the training center

Educational and Training Centre was established under Decree No. 82 of the Chairman of Baku Metro Closed Joint-Stock Company dated 16.09.2014 and classrooms for separate qualifications, educative lecture-rooms, as well as other ancillary areas were allocated for the Centre within the administration building “Rabita Evi” under Joint Stock Company.

Despite the recent establishment of Baku Metro Closed Joint-Stock Company its management has had significant achievements in bringing the subway having leading position among capital public transport to international standards, provision of high level safety exploitation of cars and technical equipment via full guaranteeing safe transportation of passengers to their destination.

Constant success conditions the availability of highest theoretical and practical knowledge, as well as operational readiness of the personnel. On the other hand, taken into account employer’s high responsibility for creation of equal opportunities for employees during qualification process, while assessing their work quality the company considers the following as its most important duties: enhance professional training provided for by the labor code, gain new qualifications and ensure training rights, arrange preparation for certification.

For this purpose, Training Center was established under Decree No. 82 of the Chairman of Baku Metro Closed Joint-Stock Company dated 16.09.2014 on organization of training centre activities and strengthening of material and technical resources and teaching rooms for separate qualifications, classrooms, as well as other ancillary areas were allocated for the Center in the administration building “Rabita Evi” under Joint Stock Company.  Further, the Charter of Educational and Training Center was approved by the Order No. 106 of Joint Stock Company’s Chairman dated 30.09.2014. Also, according to Order No. 279 dated 02.12.2014 on professional development of Baku Metro OSJC employees and their involvement in professional training a curriculum was approved and a training course has been started since December. Currently, 460 employees of different professions, from all services in some 30 groups were involved to these courses. Among them can be shown  train engineer, car repair machine man and electrical fitter, escalator engineer, ventilation specialists, road masters and their assistants, tunnel masters and their assistants, electrician for alarm and communications, electrician on power facilities, centralization point assistant, trains dispatchers, service train engineers and their assistants,  escalator overhaul fitter.

The number of participants in groups is 460, with 15-20 people in each. Classes are carried out on-job and without interfering with the primary activity according to the training schedule. The necessary conditions have been created in the Educational and Training Centre’s study rooms: desks, blackboards, a book case, computers, projectors and screens. Roll books for each group and special journals for instructors were designed and distributed. 3, 5 and 6-month courses are being carried out in the educational and training centre. Each of the instructors has an approved curriculum. “A set of guidelines on the organization of train movement” manual, various technological processes, standards and local guidelines are used. Moreover, educational films on various professions are used as multi-media; some activities on creation of short presentations are also carried out.

In accordance with the training programme started in the educational and training centre, a team of 6 young metro workers was sent to Istanbul for practice sessions. According to the training program prepared based on the agreement with French company “Thales” the first courses teach new systems, more precisely, SCADA (supervisory control and data acquisition - dispatch management and database) and CBTC (Communications -based train control - communication-based train control and management) systems to be applied in Baku Metro’s new Purple Line. Before providing of specific knowledge on modern systems the participants of 2-week long first round were provided with detailed information on subway in general, transport and railway.

As to the training programme participants should have practice sessions in Turkey and Canada’s educational institutions of Thales Company. A team of 6 workers has recently returned from Istanbul. They continued their sessions in Istanbul Metro’s training centre and now they are at the third stage of the educational process.

Within three weeks Baku Metro representatives will practically get familiar with the functioning of CBTC system to replace new built areas of current alarm and communications systems. Members of the group are specialists with some knowledge and experience in the field of electronics, computer science. After completion of Istanbul sessions the 3rd stage of the learning process begins. Trainings will be held in January, in the Toronto Metro of Canada.

The knowledge gained at the courses will be used in the professional training of metro staff, mastering of new technologies. Specialists who have completed the training process will share their knowledge with metro colleagues; along with direct fulfilling of their duties in the production they will also participate in the activity of the training centre, training of personnel who will be able to work with new technologies.

Read more