10 Fevral 2021 8:46
Poladdan sürahilərin, kondisioner və istilik sistemlərinin quraşdırılması işlərinin satın alınmasına dair bildiriş
Müvafiq satınalma müqaviləsi imzalanmışdır
“Bakı Metropoliteni” QSC tərəfindən “15” yanvar 2021-ci il tarixdə keçirilmiş “Bakı Metropoliteni” QSC-nin “N.Nərimanov” Elektrik Deposunda havalandırma işləri və “Elmlər Akademiyası” stansiyasının inzibati binasının 6-cı mərtəbəsində paslanmayan poladdan sürahilərin, kondisioner və istilik sistemlərinin quraşdırılması işlərinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə "GSS.AZ" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 08.02.2021-ci il tarixdə ƏDV daxil 286405,59 (iki yüz səksən altı min dörd yüz beş manat 59 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası