20 Fevral 2020 14:33

Robototexnika məşğələlərinin təşkili üçün avadanlıqlar və proqram təminatının satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 30.01.2020-ci il tarixdə keçirilmiş “Bakı Metropoliteni” QSC-nin Təlim Tədris Mərkəzində robototexnika məşğələlərinin təşkili üçün avadanlıqlar və proqram təminatının “Kotirovka Sorğusu” üsulu ilə satın alınmasına dair müsabiqədə "İnzone" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 18.02.2020-ci il tarixdə ƏDV-siz 28930,00 manat (iyirmi səkkiz min doqquz yüz otuz manat 00 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar