16 May 2017 0:00
Təmizləyici vasitələrinin satınalınması üzrə elanla bağlı bildiriş
Tenderin vaxtı 8 iyun tarixinə keçirilib
“Bakı Metropoliteni” QSC tərəfindən 25.05.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan Lot-2 üzrə “Təmizləyici vasitələrinin satınalınması” üzrə Açıq Tenderin vaxtı “08” iyun 2017-ci il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “30” may 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “07” iyun 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası