02 May 2017 0:00
11.05.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan tenderlə bağlı bildiriş
Tenderin vaxtı 24 may tarixinə keçirilib
“Bakı Metropoliteni” QSC tərəfindən 11.05.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin satın alınması
LOT-3. Qranit və mərmərin satın alınması
LOT-4. Keramoqranitin satın alınması
LOT-5. Mebel, şüşə, qapı və s. malların satın alınması
LOT-8. Tikinti mallarının satın alınması
LOT-9. Birləşdirici və bərkidicilərin satın alınması
LOT-10. Kimyəvi malların satın alınması
LOT-11. 81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin satın alınması
LOT-12. Metal profillərin satın alınması
8 Lot üzrə Açıq Tenderin vaxtı “24” may 2017-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “15” may 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “23” may 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası