18 Mart 2017 0:00
İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin satınalınması
Tender 15 lot üzrə keçirilir
“Bakı Metropoliteni” QSC-nin
istismar və tikinti sahələrinin normal işinin təşkili üçün
zəruri olan malların və ehtiyat hissələrinin satınalınması üzrə
AÇIQ TENDER ELAN EDİR
Tender 15 (on beş) lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəflili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Rauf Yusifov telefon: 490-00-00) ala bilərlər.
LOT-1. Fərdi mühafizə vasitələrinin satın alınması
LOT-2. Boyalar, lak və boya məmulatlarının satın alınması
LOT-3. Qranit və mərmərin satın alınması
LOT-4. Keramoqranitin satın alınması
LOT-5. Mebel, şüşə, qapı və s. malların satın alınması
LOT-6. Hidroizolyasiya mallarının satın alınması
LOT-7. Reklam işləri üçün malların satın alınması
LOT-8. Tikinti mallarının satın alınması
LOT-9. Birləşdirici və bərkidicilərin satın alınması
LOT-10. Kimyəvi təmizləyicilərin satın alınması
LOT-11. 81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin satın alınması
LOT-12. Metal profillərin satın alınması
LOT-13. Yük və minik avtomobil təkərlərinin satın alınması
LOT-14.Metropoliten tunellərində istifadə olunan korroziya əleyhinə örtüyün satın alınması
LOT-15. Yastıqların satın alınması
iştirak haqqı- LOT-1 – 200 manat
LOT-2 – 200 manat
LOT-3 – 200 manat
LOT-4 – 200 manat
LOT-5 – 200 manat
LOT-6 – 300 manat
LOT-7 – 200 manat
LOT-8 – 200 manat
LOT-9 – 200 manat
LOT -10 - 200 manat
LOT-11 – 300 manat
LOT-12 - 300 manat
LOT-13 - 200 manat
LOT-14 – 200 manat
LOT-15 - 200 manat
Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN:9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T:AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “01” may 2017-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “10” may 2017-ci il saat 1800-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “11” may 2017-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI