13 Fevral 2019 0:00
Təmir sexlərinin havalandırma sisteminin quraşdırılması işlərinin satınalınmasına dair bildiriş
“14” mart 2019-cu il tarixinə keçirilmişdir
“Bakı Metropoliteni” QSC tərəfindən 21.02.2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan “Depo ərazisindəki Birləşmiş Emalatxanalar və Eskalatorların təmir sexlərinin havalandırma sisteminin quraşdırılması işlərinin satınalınması” üzrə Açıq Tenderin vaxtı “14” mart 2019-cu il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “04” mart 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “13” mart 2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası