19 Yanvar 2019 0:00

Haça tipli mühafizə çəpərinin satın alınması tenderi

Tender bir lot üzrə keçirilir

 “Bakı Metropoliteni” QSC haça tipli mühafizə çəpərinin satın alınması üzrə
AÇIQ TENDER ELAN EDIR


Tender 1 (bir ) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16-dən, (Əlaqələndirici şəxs: İlqar Qasımov telefon: 490-00-91) ala bilərlər.


LOT-1. Haça tipli mühafizə çəpərinin satınalınması.


iştirak haqqı- 100 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN) :
AZ98AZRT38050019440010268002 AZN
VÖEN 1402871431
Bankın adı : AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ01350100000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin
açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının sürəti;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “22” fevral 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “04” mart 2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “05” mart 2019-cu il saat 15:30-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar