28 Dekabr 2018 0:00

Müxtəlif növ elektrik mallarının və stansiyalarda təmizlik işləri xidmətinin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 11.12.2018-ci il tarixdə keçirilmiş 2 lot üzrə “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ elektrik mallarının və stansiyalarda təmizlik işləri xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-1 Müxtəlif növ elektrik mallarının alınması üzrə "ERG Baku" MMC, "Santral Elektrik LTD" MMC və “VEF” MMC qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə lot-1 üzrə "ERG Baku" MMC ilə ƏDV daxil 705301,33 (yeddi yüz beş min üç yüz bir manat 33 qəpik) manat məbləğində 19.12.2018-ci il tarixində, "Santral Elektrik LTD" MMC ilə ƏDV daxil 329140,20 (üç yüz iyirmi doqquz min yüz qırx manat 20 qəpik) manat məbləğində 21.12.2018-ci il tarixində, “VEF” MMC ilə ƏDV daxil 17029,76 (on yeddi min iyirmi doqquz manat 76 qəpik) manat məbləğində 21.12.2018-ci il tarixində müvafiq satınalma müqavilələri imzalanmışdır.

 


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar