19 Dekabr 2018 0:00

Fasad şəbəkə elementlərinin sökülməsi, bərpası və yenidən quraşdırılması işlərinin satınalınması

Satınalma müqaviləsi imzalanıb

"Bakı Metropoliteni" QSC tərəfindən “11” dekabr 2018-ci il tarixdə açıq tender üsulu ilə keçirilən müsabiqədə Tenderin əsas şərtlər toplusunun tələblərini və qiymətləndirmənin nəticələrini nəzərə alaraq, keçirilən tenderdə iştirak etmiş şirkətlər arasında Lot-1. "Bakı Metropoliteni" QSC-nin “Xətai” stansiyasının təmir-tamamlama və yerüstü vestibülünün fasad şəbəkə elementlərinin sökülməsi, bərpası və yenidən quraşdırılması işlərinin satınalınması üzrə “STA- Inşaat” MMC ƏDV daxil 93 711,23 (doxsan üç min yeddi yüz on bir manat 23 qəpik ) manat məbləği ilə Tender Komissiyasının qərarı ilə bu lot üzrə qalib elan olunmuşdur.
Qalib gəlmiş təşkilat ilə 13 dekabr 2018-ci il tarixdə müvafiq satınalma müqavilələri imzalanmışlar.

 

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar