25 Oktyabr 2021 9:22

ELEKTRİK ŞƏBƏKƏSİ ÜÇÜN TƏLƏB OLUNAN KABEL MUFTALARININ SATINALINMASIna dair bildiriş

Müvafiq satınalma müqaviləsi imzalanmışdır

“Bakı Metropoliteni” QSC tərəfindən “17” sentyabr 2021-ci il tarixində keçirilmiş “Bakı Metropoliteni” QSC-nin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocasən” elektrik deposunda inşa edilən B-DA-00 yarımstansiyasında quraşdırılan elektrik avadanlıqları üçün, 825V-luq təmas şəbəkəsinin elektrik təchizatı üçün və sahədaxili magistral elektrik şəbəkəsi üçün  tələb olunan kabel muftalarının  “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə "AZSPEKTR" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 14.10.2021-ci il tarixdə ƏDV daxil 381276.41 (üç yüz səksən bir min iki yüz yetmiş altı manat 41 qəpik) manat manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar