z

Metroda üç yeni stansiya tikilir

Metroda üç yeni stansiya tikilir

18 APREL / 2022 / 20:09

Bolqarıstan paytaxtının meriyası Sofiya metropolitenində yeni stansiyaların tikintisinə başlandığını elan edib. Bu barədə “Faktı”qəzeti məlumat verib.
2025-ci ilin sonuna kimi, metronun üçüncü xətti şəhərin mərkəzini Sofiya ətrafındakı “Xadjı Dimit”, “Suxaya reka” və “Levski”rayonları ilə birləşdirəcəyi gözlənilir.
Bu həmin regionlarda avtomobillərin hərəkətindən yaranan tıxac problemini həll edəcək və gündəlik 90 min insanın şəhərdə rahat hərəkət etməsinə şərait yaradacaq.  Bu barədə Sofiyanın nəqliyyat idarəsindən məlumat verilib.
Layihənin ümumi dəyəri 217 milyon dollar təşkil edib. Nəticədə şəhər 55 km-lik metrodan və 55 stansiyadan ibarət olacaq,-deyə Sofiyanın şəhər idarəsinin başçısı Yordanka Fandıkova bildirib.