Sərnişinlər üçün

 Əlçatan metro

Xüsusilə fiziki imkanları məhdud sərnişinlərin metrodan istifadəsini asanlaşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC liftlərin quraşdırılması mümkün olmayan stansiyaları müxtəlif avadanlıqlar, işarələr və işçi heyəti ilə təmin etmiş, o cümlədən bütün köhnə nəsil qatarlarda əlil arabaları üçün yerlər hazırlanmışdır. Bakı metropolitenindən istifadə etmək istəyən əlil arabasından istifadə edən fiziki imkanları məhdud şəxslər əvvəlcədən sifariş etməklə metropoliten əməkdaşlarının köməyindən yararlana bilərlər.

Əlçatan metro

Sifarişin verilməsi

Aşağıdakı şəxslər metropoliten işçilərinin onları müşayiət etmələri üçün sifariş verə bilərlər:
• əlil arabası ilə hərəkət edənlər;
• qoltuqaltı ağac ilə hərəkət edənlər;
• görmə qabiliyyəti məhdud olanlar;
• eşitmə qabiliyyəti məhdud olanlar;
• uşaq arabacıqları ilə hərəkət edənlər;
• ahıllar;
• əl yükü olan hamilə qadınlar.



Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən metropoliten üzrə növbətçiyə 
           +994 50 268 00 65 
                   nömrəli telefona zəng etməklə, mesaj göndərməklə və ya

https://play.google.com/store/apps/details?id=az.besmobile.metro

linkdə qeyd edilən mobil aplikasiya vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.
Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət ərzində həyata keçirilmir.

Sifariş 09:00-dan 21:00-dək icra olunur.

Liftlərlə təchiz edilmiş stansiyalar

Fiziki imkanları məhdud, xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin köməyi və müşayiəti olmadan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarına daxil olub oranı tərk edə bilərlər. Digər stansiyalarda lift olmadığı üçün xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin müşayiəti və köməyi ilə stansiyalara daxil olub, oranı tərk etməlidirlər.

Sifariş icra edilərkən nəzərə alınmalıdır

  • Əlil arabasında istifadə edən sərnişin qatarın birinci vaqonuna mindirilir;
  • Əlil arabasından istifadə edən sərnişin pilləkənləri və eskalatorları düşərkən onu ən azı iki nəfər xüsusi qurğu ilə təchiz edilmiş metro işçisi müşayət edir. Bu müddət ərzində sərnişinin təhlükəsizliyini təmin etmək üçün onlardan biri arabanın arxasında, digəri isə sürahinin əks tərəfində (əlil arabasının qarşısında) durur.
  • Əlil arabası öncə böyük təkərləri olan tərəfdən vaqona mindirilir.


SORĞUDA İŞTİRAK ÜÇÜN KEÇİD : LINK