z

Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək

Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək

25 OKTYABR / 2022 / 16:17

Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək
Texniki imkanlara uyğun optimal hərəkət intervalları ilə
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə Bakı metropolitenində sərnişin sıxlığı artmağa, sərnişin axını intensivləşməyə başlayıb. Bunu nəzərə alaraq, Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Sentyabr ayının 14-dən metropolitendə hərəkət qrafiki mövsümün və “COVID-19” pandemiyası dövrünün tələblərinə uyğun dəyişdiriləcək. Tətbiq ediləcək yeni optimal qrafikə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, hərəkəti sıxlaşdırılacaq və interval azaldılacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Onların xəttə verilməsi gündəlik monitorinqlər əsasında müəyyən ediləcək. Daha ətraflı:metro.gov.az
#Bakumetro #Bakımetropoliteni #bakumetro55