z

Təməl elektronika və robototexnika kurslarına dəvət edirik

Təməl elektronika və robototexnika kurslarına dəvət edirik

15 FEVRAL / 2023 / 16:26

“Bakı Metropoliteni” QSC metro əməkdaşlarının övladları və nəvələri üçün müəssisənin Təlim-tədris mərkəzində iki ilə yaxındır müntəzəm təşkil edilən təməl elektronika və robototexnika kurslarını geniş ictimaiyyətə təqdim edir.

 

TƏMƏL ELEKTRONİKA VƏ ROBOTOTEXNİKA TƏLİMİ

 


Təlimin məqsədi
Elektronika və robototexnika sahəsi bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu sahəni mənimsəyən uşaqların məntiqi yanaşması və problemlərə baxışı da dəyişir, komandada işləmək bacarığı inkişaf edir.

Yaş qrupları
1-ci qrup: 8-12 yaş arası
2-ci qrup: 13-16 yaş arası

Tədris metodu
•    Tədris praktiki məşğələlər üzərində qurulacaq;
•    Məşğələlərdə uşaqlar komandalar şəklində təlim alacaq;
•    Təlim zamanı komandaların istifadəsinə kompüterlər veriləcək;
•    Komandalararası yarışlar təşkil ediləcək;
•    Bilik və bacarıqların möhkəmləndirilməsi üçün hər dərsin sonunda tapşırıqlar veriləcək;

Təlimçi
İxtiyar Hüseynli:

“Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin Texniki innovasiyalar və təkmilləşdirmə qrupunun aparıcı mütəxəssisi, avtomatika və robototexnika üzrə təlimçi.

Qeydiyyat və əlavə məlumat üçün:
“Bakı Metropoliteni” QSC, Təlim-tədris mərkəzi.
Bakı şəh., Azadlıq prospekti, 22
Əlaqə: +994 (12) 490 01 01 (daxili 17-29)