z

Tunel qurğuları xidməti

Tunel qurğuları xidməti

Tunel qurğuları xidməti “Bakı Metropoliteni” QSC-nin Nizamnəməsinin 2 saylı əlavəsində hüquqi şəxs stastusuna malik olmayan təşkilat kimi göstərilmiş və müvafiq surətdə metropolitenin Nizamnəməsinə əsasən metropolitenin süni qurğularının saz vəziyyətdə saxlanılması və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil edilmişdir.
Tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il 16 avqust tarixli 444 saylı qərarı ilə təsisi edilib.

Vəzifələri:
•    Qatarların hərəkət təhlükəsizliyinin ,həmçinin sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi,metropolitenin sünu qurğularının saz vəziyyətdə saxlanması “Bakı Metropoliteni”QSC-nin tabeliyində olan struktur vahidlərinin sifarişi əsasında obyektlərin istismar müddətini yaxşılaşdırmaq və uzatmaq məqsədi ilə əsaslı və dövri təmir işlərinin həyata keçirməsi
•    Metropolitenin texniki-istismar qaydalarının,qüvvədə olan təlimat və əmrlərin yerinə yetirilməsinin təmin edilməsi,tunel qurğuları təsərrüfatının saxlanılmasının yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsi
•    Qatarların müəyyən olunmuş sürətlə təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması üzrə tədbirlərin həyata keçirilməsi
•    Elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etməklə istehsalat prosessləri texnologiyasının yaxşılaşdırılması,ixtiraların və səmərələşdirici təkliflərin,eləcə də istehsalat yenilikçilərinin qabaqcıl təcrübəsinin tətbiqi,ehtiyatların aşkar olunması və istifadə edilməsi zəminində xidmətin texniki-iqtisadi göstəricilərinin təmin edilməsi,binaların və qurğuların zədələrdən müdafiəsi üzrə tədbirlərin işlənib hazırlanması,onların sistemli öyrənilməsi və buna nəzarətin təşkil edilməsi
•    Texnoloji proseslərə mexanizasiyaya,yeni texnika və qabaqcıl texnologiyanın tətbiqinə əsaslanaraq qurğuların cari saxlanılmasının təmin edilməsi
•    Xidmətin bütün istehsalat fəaliyyəti növlərinə görə illik,rüblük və aylıq planların hazırlanması və bölmələrə çatdırılması bu planların xidmət bölmələrinin gücü ilə keyfiyyətlə yerinə yetirilməsinin təşkili və  buna nəzarətin təmin edilməsi
•    İllik yoxlamaların nəticələrinə görə, struktur vahidləri tərəfindən verilən sifarişlərə əsasən stansiya,tunel,bina və yerüstü qurğuların əsaslı təmirinin eləcə də tunellərin korroziyadan mühafizəsi işinin vaxtında yerinə yetirilməsinin təşkil edilməsi
•    Metropolitenin yeni xətlərinin layihələndirilməsində iştirak edilməsi, aparılan tikinti işlərinin keyfiyyətinə daimi nəzarətin təmin edilməsi
•    Materialların səmərəli istifadə olunması və saxlanılmasına, material sərfi normalarına nəzarət edilməsi
•    Planın yerinə yetirilməsi üçün zəruri olan materiala,ehtiyat hissələrinə,avadanlıq və mexanizmlərə verilən sifarişlərin lazımi qaydada tərtib edilməsi
•    Həmkarlar təşkilatı ilə birgə  xidmət bölmələrinin kollektivlərində kütləvi tərbiyə işlərinin,sahə yarışlarının,istehsalat qabaqcıllarının təcrübəsinin geniş yayılmasının təşkil edilməsi
•    Xidmətin daimi işçi kadrlarla komplektləşdirilməsi,onların ixtisasının artırılması,fəhlə və qulluqçuların mədəni-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsiz iş şəraitinin yaradılması,əməyin mühafizəsinə,təhlükəsizlik texnikasına və istehsalat sanitariyasına dair qayda və təlimatların yerinə yetirilməsinə nəzarət edilməsi
•    Xidməti obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi
•    əmək qanunvericiliyi  və Bakı Metropoliteni işçilərinin əmək intizamı haqqında Nizamnaməsi əsasında əmək intizamının möhkəmləndirilməsi,metropolitendə Texniki İstismar Qaydalarının və vəzifə təlimatlarının yerinə yetirilməsinin təmin edilməsi 