z

Əlixan Osmanov

Haqqında

Əlixan Qədir oğlu Osmanov 1953-cü il may ayının 9-da anadan olub.
1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra, Saxalin Dəniz Neft-Qaz Sənayesi Birliyi Kəşfiyyat İdarəsinin elektrik təchizatı şəbəkəsində mühəndis, Elektrik Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışıb. 1988-ci ildə Vətənə qayıtdıqdan sonra, 1989-cu ilin noyabr ayından Bakı metropolitenin elektrik təchizatı xidmətində elektrik mexaniki, 1993-cü ilin iyul ayından xidmətin elektrik mühafizə və avtoteleidarəetmə distansiyasında laboratoriya rəisi, 1995-ci ildə distansiya rəisi, 2000-ci ildən elektrik təchizatı xidmətinin baş mühəndisi, 2013-cü ildən həmin xidmətin rəisi vəzifələrində işləyib. 2014-cü il avqustun 14-dən ”Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisidir. Ailəlidir, 2 oğlu, 1 qızı var.