z

Günel Cavadova

Haqqında

1985-cı il mayın 18-da Bakı şəhərində anadan olub.
2001-2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
2005-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2006-ci ildən bank sektorunda başlamış və 2016-cı ilədək bank sektorunda müxtəlif vəzifələrdə çalışmışdır. 
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
2018-2021-ci illərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin direktoru vəzifəsində çalışmışdır.
2021-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının  üzvü təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 16 may 2022-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının  üzvü təyin edilib.