z

Vüqar Məcidli

Haqqında

16 fevral 1972-ci ildə anadan olub. 1994-cü ildə:  Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsalın iqtisadiyyatı və idarəedilməsi” fakültəsini bitirib 2005-ci ildə: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinin qiyabi şöbəsini bitirib.
2005-ci ildə: ABŞ Corcıya Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının “Biznesin idarəedilməsi” MBA proqramı üzrə magistr dərəcəsi alıb. 
1994-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə rəisi, baş idarə rəisinin müavini və 2015-ci ildən hazırdək nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.
Evlidir, üç övladı var.