z

"Memar Əcəmi"

  • Açıldığı tarix:

    31 dekabr 1985-ci il

  • Xətt:

    Yaşıl

  • Keçid stansiyasıdır:

    Bənövşəyi ("Avtovağzal-Memar Əcəmi") xəttin "Memar Əcəmi" stansiyasına keçmək olar

  • Ünvanı:

    Cavadxan və Rüstəm Əliyev küçələrinin kəsişməsi

  • Memarlar:

    Tələt Xanlarov, Oqtay Şıxəliyev

"Memar Əcəmi"stansiyası

Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani adı verilmiş stansiya sadə, lakin bununla belə diqqətçəkən üslubda işlənib.
Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyasının inşasına qədər stansiyanın «Moskva» univermağı istiqamətində daşdan hörülmüş ikitərəfli «M» hərfi ilə vahid kopoziysiya təkşil edən giriş-çıxışının vestibülü inşa olunmuşdu.
Platforma tavanında səkkizguşəli dəlik milli memarlıq üslübunda metal şəbəkə işlənərək tən ortasında çilçıraq yerləşdirilib. Stansiyanın iki cərgədə yerləşən sütunları yerdən dördbucaqlı üzərinə oturdulmuş çoxüzlü tavana doğru qeyri-standart formada ucalaraq, sanki içərisindən çıxan dirəklə tavana birləşir. Sütunların bucaqların yarandığı birləşmə nöqtəsi yaxınlığında tavanda yarılmış dairəvi dəlikdə dörd lampa yerləşdirilib. Döşəmə üzərində tünd rəngli qranit örtük sütunları haşiyələyən ağ zolaqlar tən mərkəzdə bölünməklə digər sütuna istiqamətlənir. Bu maraqlı kompozisiya stansiyanın yeknəsəq ahəngdən xilas edərək ona saray dəzlizi effekti verir.
2016-cı il aprelin 19-dan stansiyaya Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyası ilə keçid funksiyası da əlavə olunub. Həmin stansiyanın inşası zamanı yerüstü vestibül tutqun şüşələrdən istifadə olunmaqla tam yenilənib.
Stansiyadan Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyasına birbaşa keçid qoyulub və sərnişinlər əlavə ödəmə etmədən bir xətdən digərinə keçə bilirlər. YEni xəttin stansiyası da eyni adı daşıdığı üçün hazırda iki stansiyaının adı ilə yanaşı xəttin rəngi də qeyd olunur. 
Stansiyaya daxil olan qatarlarda Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasına Üzeyir Hacıbəylinin bəstələdiyi eyniadlı operadan «Şəbi-hicran» qəzəlindən ibarət parçadan fraqment səslənir.