z

"Neftçilər"

  • Açıldığı tarix:

    6 noyabr 1972-ci il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Q.Qarayev prospekti

  • Memarlar:

    Ənvər İsmayılov, Faina Leontyeva, Arif Ağamalov və Mirzəağa Qafarov

"Neftçilər"stansiyası

Qırmızı xəttin "Bakı Soveti-Neftçilər” sahəsində  açılmış 9-cu stansiyadır. 1970-ci illərdə qeyd edilən sahənin sonuncu stansiyası olub. Məşhur Bakı neftçilərinin şərəfinə adlandırılıb. 1989-cu ilə qədər bu xətt inkişaf etməkdə olan Bakının sənaye rayonlarını birləşdirən həlledici nəqliyyat qovşağı rolunu oynayıb. Stansiyanın yolunun arxasında əks istiqamətli ikiyollu dalan inşa olunub. Hazırda gur saatlarda hərəkətin tənzimlənməsində əhəmiyyətli rol oynayır.
Stansiya divarları Bakı neftçilərinin əməyini vəsf edən zəngin mozaik pannolarla bəzədilib. Zalın orta hissəsində hər iki yol boyunca platformada riflənmiş gümüşü sütunlar var. Tavanda damalara bölünmüş tavan “şəbəkə”sində lampalar yerləşdirilib və onlar stansiyanı bərabər şəkildə ahəngdar incə işıq selinə qərq edir. Döşəmə naxış kimi salınmış rəngarəng qranitdəndir və sütunların, eləcə də yol divarlarının üzlüyü ilə kompozisiya vəhdəti təşkil edir.
2016-cı ildə stansiya keçidlərinin divarları müasir tələblər nəzərə alınaraq yenidən üzlənib. Keçid divarlarında neftçilərin əməyini, Bakının neftinin tarixdə rolu, müstəqil Azərbaycanın neft starategiyasını və ümummilli lider Heydər Əliyevin bu peşə sahiblərinə verdiyi tarixi qiyməti əks etdirən metal şəbəkəli pannolar yerləşdirilib. 
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Dostluq” (digər adı – "Neftçilər haqqında") mahnısından fraqment səslənir.