z

Yeni əməkdaşlıq memorandumu imzalanıb

Yeni əməkdaşlıq memorandumu imzalanıb

14 FEVRAL / 2023 / 12:58

 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə “Legalize” MMC arasında 2023-cü ilin fevral ayının 7-də birgə əməkdaşlıq barədə memorandum imzalanıb. Memoranduma əsasən, “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzinin təcrübəsindən yararlanaraq müxtəlif qurumlar və təşkilatlar, eləcə də bütün maraqlı tərəflər üçün birgə təlimlər təşkil ediləcək. Bu xüsusda Təlim-Tədris Mərkəzinin geniş texniki və tədris imkanları, həmçinin çeşidli və çoxprofilli sahələrdə həyata keçirdiyi zəngin təşkilati və praktiki təcrübəsindən istifadə olunmaqla müxtəlif layihələrin, təlimlərin, o cümlədən korporativ müştərilərin ehtiyaclarına uyğun konkret sifarişlər əsasında təlimlər təşkil ediləcək.
Əməkdaşlığın ilkin mərhələsində insan resurslarının idarəedilməsi və əmək hüququ ilə bağlı təlimlərin təşkil edilməsi nəzərdə tutulur.
Birgə əməkdaşlıq çərçivəsində təlimlərə peşəkar ekspertlər və mütəxəssislər cəlb olunacaq. Təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılar sertifikatla təmin olunacaqlar.