z

Təlim-tədris mərkəzində tədbir

Təlim-tədris mərkəzində tədbir

06 YANVAR / 2023 / 17:11

Hər il olduğu kimi, 2022-ci ildə də “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələri üzrə təhlükə potensiallı obyektlərdə çalışan işçilərin kurslara cəlb olunması təmin olunub.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təşəbbüsü və tapşırığı ilə Təlim-tədris mərkəzinin akt zalında təşkil olunan tədbirdə müvəffəqiyyət qazanmış işçilərə, mərkəzin rəis müvaini Rizvan Bayramov, SƏTƏMM şöbəsinin mütəxəssisləri Ofeliya Mustafayeva və Aydın Hüseyinli tərəfindən sertifikatlar təqdim edilib.
Ümumilikdə, 123 nəfər olmaqla, maqnit üsulu ilə defektoskopiya - 3 nəfər, təzyiq, elektrik və xətti bucaq vasitələrinin yoxlanılması - 4 nəfər, körpülü kran maşinisti -- 5 nəfər, ilməkçi - 62 nəfər, elektrokar poeratoru - 9 nəfər, qaynaqçı - 19 nəfər, ultrasəs üsulu ilə defektoskopiya - 2 nəfər, metalın qalınlığının ölçülməsi -1 nəfər,qazanxana maşinisti -11 nəfər, kompressor/səyyar kompressor maşinisti -7 nəfər əməkdaş təlimlərə cəlb olunub.
Sertifikat və vəsiqələrini alan metropoliten əməkdaşları “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.