z

ADNSU ilə əməkdaşlığın dərinləşdirilməsi yeni nəslin inkişafına töhfədir

ADNSU ilə əməkdaşlığın dərinləşdirilməsi yeni nəslin inkişafına töhfədir

09 DEKABR / 2022 / 15:15

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov da iştirak ediblər.
Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov qonaqlara Bakı metropoliteninin iş rejimi, eləcə də Mərkəzin fəaliyyəti barədə məlumat verib. O, müxtəlif tədris ocaqları ilə münasibətlərdən bəhs edərək, tələbələrin praktiki təlimlərə cəlb edilməsi, karyera quruculuğu, həmçinin professor-müəllim heyəti ilə işgüzar əlaqələr əsasında tədris prosesinin təşkili ilə bağlı görülmüş işlərdən də danışıb. Maşinist, platforma növbətçisi, hazırda seçimləri davam edən elektrik dispetçeti kursları, həmçinin, gənclərin işlə təmin edilməsinə imkan yaradan “Təcrübəçi” layhəsindən danışan Rüfət Qədəşov, eləcə də Mərkəzin rəis müavini Rizvan Bayramov ADNSU-nun nümayəndələrini burada yaradılmış şəraitlə də tanış ediblər.
ADNSU-da həyata keçilirən geniş miqyaslı islahatlar haqqında məlumat verən Əli Hikmət Əhmədov bu tədris ocağında elm, təhsil və beynəlxalq əlaqələr sahəsində əldə olunan nailiyyətlər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, ixtisasların akkreditasiyası, ikili diplom proqramları, mübadilə proqramları, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.    
Görüş zamanı əlaqələrin daha da sıx inkişaf etdirilməsi istiqamətində səmərəli müzakirələr aparılıb. Bu xüsusda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiyaların transferi, metropoliten mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxuması, tələbələrin yay təcrübə proqramlarında iştirakı, tələbələr üçün təcrübə keçmə imkanlarının təmin edilməsi və s. məsələlərə də toxunulub.