z

Novruz bayramınız mübarək!

Novruz bayramınız mübarək!

19 MART / 2023 / 15:31

Novruz bayramı dörd ünsürü ilə təbiətin yaşıl donunu geyinməsinin, isti nəfəsli günlərin həyatımızı rövnəqləndirməsinin, torpağın, suyun yeni vüsətlə oyanmasının soraqçısı və rəmzidir. Novruz bayramı insanların ovqatına yenilik, təravət gətirir. Novruz bayramı yeni ümidlər, oyanış, yüksəliş bayramıdır.
“Bakı Metropoliteni” QSC-nin kollektivi də elimizə gələn bahar təravətli bayramı ruh yüksəkliyi ilə qarşılayaraq, sərnişininə xidmət mədəniyyətində yeni-yeni uğurlar qazanmaq əzmindədir. Əmək uğurlarımız sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etməyə yönəlib.
Metropoliten kollektivi bayram ovqatı ilə daha böyük və məsul vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edərək, sərnişinlərini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.
Qoy bu əziz bayram günlərinin təravəti, nəfəsi ilə qəlbləriniz ovunsun, yollarınıza nur ələnsin, rifahınız yüksəlsin.
Əziz həmvətənlər, bayramınız mübarək!