z

İki gün fərqli konsert proqramları ilə

İki gün fərqli konsert proqramları ilə

18 MART / 2023 / 14:24

Novruz bayramına həsr olunmuş tədbirlər silsiləsindən biri də sərnişinlərin xüsusi rəğbəti ilə qarşılanan konsert proqramlarıdır. İki gün davam edəcək konsert proqramları səhər saat 10:30-da “İçərişəhər” stansiyasında başlanıb. Musiqi çələngində bahar fəsli və Novruz bayramına dair və günün ruhuna uyğun Azərbaycan və dünya bəstəkarlarının parçaları, folklor nümunələri daxil edilib. Hər biri 45 dəqiqə davam edən proqramlarda Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət peşəkar muğam üçlüyü və simli kvartet çıxış edib.
Musiqi ustalarının çıxışları “Sahil”,“28 May” və Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.
Konsert proqramları sabah - martın 19-da davam etdiriləcək.