z

Metropoliten nümayəndələri inşaat məhsullarının təqdimatında iştirak ediblər

Metropoliten nümayəndələri inşaat məhsullarının təqdimatında iştirak ediblər

26 YANVAR / 2023 / 12:29

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri tikinti materialları sahəsində qabaqcıl texnologiya və yeniliklərlə Azərbaycan sənayesində brendə çevrilmiş “Holcim Azərbaycan” ASC-nin dəvəti ilə müasir və keyfiyyət nişanı olan məhsulların təqdimatı mərasimində iştirak edib. 11 nəfərdən ibarət heyət şirkətin Təlim-tədris mərkəzində həyata keçirilən mərasimdə tətbiq edilən yeniliklərin davamlılıq və keyfiyyətini dəyərləndiriblər.
Təqdimatda 5 adda xidmət əyani nümayiş etdirilib. Sement, kvars, gips, əhəng, alüminium tozu ilə suyun qatışığından hazırlanmış standart döşəmə beton markaları, termoblok, hörgü, astar və üzlük suvaqları istifadə və daşınma, qənaət baxımından əlverişli olması ilə vaxt itkisinin qarşısını alır.
Təqdim edilən məhsullarla təchizat və onların saxlanma şəraiti daha effektivdir və xərcləri azaldır. Enerjiyə qənaət, ekoloji təmizlik və yanğına davamlılıq da onların təhlükəsizlik standartlarının yüksək olmasını göstərir.
Təqdimat zamanı Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla, fikir və təcrübə mübadiləsi aparılıb.