z

Metropolitenin həmkarlar təşkilatında şəhidlərimizin ruhu yad edilib

Metropolitenin həmkarlar təşkilatında şəhidlərimizin ruhu yad edilib

20 YANVAR / 2023 / 11:54

Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 20 Yanvar şəhidi, metro inşaatçısı Əflatun Kazımovun oğlu, hazırda metropolitendə qaynaqçı vəzifəsində çalışan Surac Kazımov və həmin hadisələrdə yaralanan Elektrik təchizatı xidmətinin əməkdaşı Mənsur Qocayevlə görüşüb.
MİHİ  sədri Arif Mərdanov 20 Yanvar hadisəsinin Azərbaycan xalqının əzm, iradə və qətiyyətinin təzahürü, azadlığa aparan yolun başlanğıcı olduğunu qeyd edərək metropolitençi günahsız qurbanlar – Əflatun Kazımov və İlqar Qarayevin də bir amal uğrunda şəhid olmasının metropoliten tarixində daim xüsusi yer tutacağını və əbədi olaraq xatırlanacağını qeyd edib. “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etməklə bölgədə yeni reallıq yaratdı. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır və bu şəhidlərimizin müqəddəs amal uğrunda canını nahaqdan fəda etmədiyinin ən bariz göstəricisidir.”
 MİHİ sədri görüş iştirakçılarının əmək fəaliyyəti və sosial-məişət qayğıları ilə maraqlanıb, daim kollektivin, müəssisə rəhbərliyi və həmkarlar təşkilatının onların yanında olacağını bildirib. Hər iki metropolitençiyə yardım edilib.
Surac Kazımov və Mansur Qocayev “Bakı Metropoliteni” QSC rəhbərliyinə və həmkarlar ittifaqına göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.