z

Həmrəylik Günü və Yeni iliniz mübarək!

Həmrəylik Günü və Yeni iliniz mübarək!

31 DEKABR / 2022 / 14:34

Əziz həmvətənlər!


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2023-cü ilin gəlişi münasibətilə hər birinizi təbrik edir, hər kəsə əmin-amanlıq, rifah, xoş gələcək arzulayırıq.
Yola saldığımız 2022-ci il də 55 illik yubileyini qeyd edən Bakı metropoliteni üçün özünəməxsus tarixi hadisələrlə əlamətdar oldu. Bu il metropoliten əməkdaşlarının əməyini, bir əməkdaşının isə ölkənin ictimai-siyası həyatında fəallığını yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup işçi dövlət mükafatlarına layiq görüldü. Məhz dövlət başçısının xeyir-duası ilə dekabrın 23-də açılan “Xocəsən” stansiyası, xüsusən də “Xocəsən” elektrik deposu təkcə 2022-ci ilin deyil, Bakı metrosu tarixinin ən əlaqmətdar hadisələrindəndir. Çünki ilk dəfə 1967-ci ildə xidmətə başlayan Bakı metrosunun ilk deposu keçmiş SSRi məkanının müxtəlif bölgələrindən olan mütəxəssislərin əməyinin bəhrəsi idi. İkinci deponu isə bu illər ərzində yetimiş yerli mütəxəssislər layihələndirərərk inşa edib.
2022-ci il vaqon parkının yenilənməsi baxımından sərnişindaşıma keyfiyyətinə birbaşa təsir edən daha 20 vaqonun, havalandırma imkanlarını artıran yeni güclü ventilyatorların, gecə işinin əsas hərəkətverici qüvvəsi olan motovozların, ultrasəs diqnostika aparatlarının alınaraq gətirilməsi və bir çox digər yeniliklərin tətbiqi ilə əlaqmətdar oldu. Həmçinin elektrik yarımstansiyalardan biri əsaslı təmir olunaraq yenidən quruldu.
2020-ci il may ayının 9-dan sonra ilk dəfə 2022-ci il mayın 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstləşdirildi. Bununla “COVID-19” pandemiyası dövründə tətbiq edilən xüsusi karantin rejimi müddətində metropolitenlə bağlı əsas qadağalar aradan qaldırılmış oldu. Sentyabr ayının 15-dən isə sərnişindaşıma göstəricilərinin 2019-cu ilin müvafiq dövrlərinə yaxınlaması müşahidə olunmağa başlandı.
2023-cü ildə Bakı metropoliteninin fəaliyyətində bir sıra yeniliklər olacaq. Ən əsası, metropolitençilər hər bir sərnişininə nümunəvi xidmət göstərmək əzmindədirlər.

Qoy 2023-cü il xalqımız, ölkəmiz və hər bir vətəndaş üçün sağlıqlı, xeyirli-bərəkətli, düşərli, Zəfər soraqlı yeni quruculuq ovqatlı il olsun. Hamınıza bol ruzi, sevinc, xoşbəxtlik arzu edirik.

Bayramlarınız mübarək!