z

Metropolitençi “Tərəqqi” medalına layiq görülüb

Metropolitençi “Tərəqqi” medalına layiq görülüb

30 NOYABR / 2022 / 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il noyabrın 30-da imzaladığı Sərəncama əsasən, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə mükafata layiq görülənlər arasında “Bakı Metropoliteni” QSC-nin əməkdaşı da var.
20 ildən artıq metropolitendə çalışan, İşarəvermə və rabitə xidmətində istehsalat-texniki şöbənin mühəndisi işləmiş, həmin şöbəyə rəhbərlik etmiş, hazırda isə əmək fəaliyyətini Eskalator xidmətində mühəndis kimi davam etdirən Rahilə Ramazanova “Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illərdir ölkəmizin ictimai-siyasi həyatının fəal iştirakçılarından olmaqla yanaşı, YAP Yasamal rayon təşkilatının da İdarə heyətinin üzvüdür.
Rahilə Ramazanova həm də qəhrəman oğul yetişdirmiş anadır. O, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda 44 günlük Vətən savaşında canından keçən qəhrəman Şəhidimiz kapitan Nurlan Mustafayevin anasıdır.
“Bakı Metropoliteni” QSC-nin kollektivi adından Rahilə xanımı təbrik edir, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.