z

Metropoliten qəzetinin əməkdaşı mükafatlandırıldı

Metropoliten qəzetinin əməkdaşı mükafatlandırıldı

21 IYUL / 2015 / 00:00

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib.

Bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 91 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa 44 nəfər Əməkdar jurnalist, 17 nəfər Əməkdar mədəniyyət işçisi fəxri adlarına, 2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Həmçinin 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Təltif edilənlər arasında "Bakı Metropoliteni"QSC-nin "Metro" qəzetinin dizayneri Əliəkbər Eylaq oğlu Eyvazov da var. Onun mətbuatda uzun müddətli əməyi dövlət başçısı tərəfindən «Tərəqqi» medalı ilə qiymətləndirilib.

Əliəkbər Eyvazov 1997-ci ildən redaksiyamızda çalışır. Qəzetin səhifələnməsi, dizaynı onun əməyinin məhsuludur. Təcrübəli mətbuat işçisi «Vışka», «Azerbaydjanskie izvestiya» qəzetləri ilə də əməkdaşlıq edir.

Bütün metropolitençilər adından Əliəkbər Eyvazovu bu yüksək dövlət mükafatına layiq görülməsi münasibəti ilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Tarixini Azərbaycanın ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin 1875-ci ildə nəşrə başlanması günündən götürmüş bu əlamətdar hadisənin 140-cı ildönümü münasibətilə ölkəmizin bütün mətbuat işçilərini təbrik edir, ən səmimi arzularımızı çatdıraraq, onlara böyük yaradıcılıq uğurları arzulayırıq.

Sözləri kəsərli, qələmləri iti olsun.