z

Dövlət Bayrağı Günü

Dövlət Bayrağı Günü

09 NOYABR / 2022 / 23:36

Azərbaycan Respublikasının dövlət atributlarından, suverenlik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Bakıda qəbul edilərək qaldırılmışdır. 
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.   
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı Sərəncama əsasən, hər ilin 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Qoy üçrəngli, ay-ulduzlu, əzəmətli bayrağımız Vətən səmalarında daim dalğalansın!

Bayramınız mübarək, əziz həmvətənlər!