z

Metropolitençilər Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Metropolitençilər Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

05 NOYABR / 2022 / 12:05

Bakı metropoliteninin 55 illik yubileyi və 6 Noyabr - Metropoliten işçilərinin peşə bayramı günü münasibətilə qurumun kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. 
Sonra Azərbaycanın görkəmli oftalmoloqu və Əməkdar elm xadimi Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
“Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri Şəhidlər xiyabanında 1990-cı ilin qanlı 20 yanvar gecəsinin günahsız qurbanlarının, həmin gecə şəhid olmuş Bakı metropoliteninin iki əməkdaşı - vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının xatirəsi ehtiramla anıb, məzarları önünə güllər düzüblər.