z

Təlim-tədris mərkəzində tədbir

Təlim-tədris mərkəzində tədbir

24 OKTYABR / 2022 / 14:45

“Bakı Metropoliteni”QSC-nin Təlim-tədris mərkəzində Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş tədbir  keçirilib. Tədbiri giriş sözü ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, partiyanın ölkənin siyasi həyatındakı rolundan danışıb. Daha sonra çıxış üçün söz YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Vəliyevə verilib. Bəxtiyar Vəliyev də üzvü olduğu təşkilatın əhəmiyyətindən, yaranma tarixindən, bütün bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolundan, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət və Şanlı ordumuzun qəhrəmanlığı nəticəsində , torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibədə qazanılmış Zəfərdən danışıb. O, Ulu Öndər Heydər Əliyevin Bakı metropoliteninin daha da inkişaf etməsi istiqamətindəki xidmətlərindən, bu nəqliyyat növünə olan xüsusi diqqətindən söhbət açaraq, metropoliten kollektivini, başda QSC-nin sədri Zaur Hüseynov olmaqla YAP-ın yaranmasının 30 illik, metropolitenin isə 55 illik yubileyi münasibətilə təbrik edərək, bütün kollektivə uğurlar arzulayıb.
Sonra çıxış üçün söz Eskalator xidmətinin mühəndisi, Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin anası Rəhilə Ramazanovaya, Hərəkət qatarlarının istismarı üzrə iş Departamentinin mütəxəssisi Samir Əhmədova, ardınca isə Elmlər Akademiyası stansiyasının rəisi Şaiq Heydərova verilib.