z

Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

20 APREL / 2023 / 14:48

Moskvanın məşhur “Metrovaqonmaş” zavodunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bir vaxtlar Heydər Əliyevin sərəncamı əsasında bu zavod xeyli genişləndirilib, yeni istehsal sexləri tikilib, Ulu Öndər şəxsən onların açılışında iştirak edib. Bu hadisəni əbədiləşdirmək üçün 2019-cu ilin oktyabrında burada memorial lövhə qoyulub. Bu gün sözügedən xatirə lövhəsinin önündə zavod kollektivi, köhnə nəslin nümayəndələri və gənclər toplaşıblar.
Kollektivin qarşısında çıxış edən Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri, Heydər Əliyevi yaxşı tanıyan və onun komandasında 10 il ərzində mədəniyyət naziri olmuş insan kimi böyük liderin 100 illiyi münasibətilə keçirilən tədbirdə sevinclə iştirak edir. Səfir vurğulayıb ki, Heydər Əliyevlə çalışdığı illər böyük məktəbdir, həmin dövr onun yaddaşına əbədi olaraq həkk olunub.


AZƏRTAC 20.04.2023

Məqaləyə istinad: Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir