z

Peterburq metrosunda parlayan kartlar satılır

Peterburq metrosunda parlayan kartlar satılır

19 IYUN / 2020 / 10:57

Rəngdən-rəngə çalan kartın qiyməti 60 rubldur. “Sankt-Peterburq” kanalına verilən məlumata görə, iyunun 11-dən Peterburq metrosunun kassalarında “Podorojnik” kartı yeni tərtibatda satılmağa başlanıb.

Kartların üzərindəki şəkil əvvəlki kimi qalıb, sadəcə örtüyü dəyişib. Bunun sayəsində “Podorojnik” kartı rəngdən-rəngə keçməyə başlayıb. Kartlar 50 min tirajla buraxılıb.

Xatırladaq ki, kart üzərinə vurulan şəkili vurulması peterburqlular arasında keçirilən müsabiqədə seçilib. Onun müəllifi Sankt-Peterburq Dövlət Sənaye və Dizayn Texnologiyaları Universitetinin tələbəsidir.

Kartların ilk mərhələsi 2019-cu ilin oktyabrında buraxılıb. Daha sonra “Podorojnik”kartı, stereo-effektli şəkilli kartlar meydana çıxdı. İndiki kartlar isə parlayan şəkillidir.