z

Təlim-tədris mərkəzinin yaradılması və fəaliyyəti

Təlim-tədris mərkəzinin yaradılması və fəaliyyəti

13 IYUN / 2022 / 10:20

“Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyəti Sədrinin 16.09.2014-cü il tarixli 82 saylı əmrinə əsasən Təlim-tədris mərkəzi təsis edilmiş və müəssisənin “Rabitə Evi” adlanan inzibati korpusunda Mərkəzə ən müasir rabitə və kommunikasiya avadanlıqları ilə təmin edilmiş ayrı-ayrı ixtisaslar üzrə sinif otaqları, tədris təyinatlı auditoriyalar, digər yardımçı sahələr ayrılmışdır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan əldə olunan uğurların davamlı olması personalın ən yüksək nəzəri və təcrübi biliklərə yiyələnməsini, eyni zamanda, çevik icraat hazırlığını tələb edir. İxtisasartırma prosesində, işin keyfiyyətini qiymətləndirərkən işçilərə bərabər imkanlar yaratmaqda işəgötürənin yüksək məsuliyyəti olmasını nəzərə alaraq, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək hüquqlarını təmin etmək, attestasiyasını təşkil etmək kimi vəzifələri müəssisə özünün ən əsas vəzifələrindən hesab edir.
“Bakı Metropoliteni” QSC sədrinin 16.09.2014-cü il tarixli 82 saylı əmrinə əsasən, Təlim-tədris mərkəzi təsis edilib. Müəssisənin əvvəllər “Rabitə evi” adlanan inzibati korpusu ən müasir rabitə və kommunikasiya avadanlıqları ilə təmin edilmiş ayrı-ayrı ixtisaslar üzrə sinif otaqları, tədris təyinatlı auditoriyalar, tədris guşələri, digər yardımçı sahələrlə təchiz edilərək Mərkəzin ixtiyarına verilib.
Səhmdar Cəmiyyəti sədrinin 30.09.2014-cü il tarixli 106 saylı əmri ilə Təlim-tədris mərkəzinin Əsasnaməsi təsdiq edilib.
“Bakı Metropoliteni” QSC işçilərinin ixtisasartırma və kadr hazırlığı kurslarına cəlb edilməsi haqqında” QSC sədrinin 02.12.2014-cü il tarixli 279 saylı əmrinə əsasən, tədris planı təsdiq edilib və həmin ilin dekabr ayından tədris kurslarına start verilib.