z

SƏTƏMM mühəndislərinin işə qəbulu elan edilir

SƏTƏMM mühəndislərinin işə qəbulu elan edilir

16 MAY / 2023 / 12:17

“Bakı Metropoliteni” QSC Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində SƏTƏMM mühəndisi vəzifəsi üzrə işə qəbul elan edir.
Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər və şərtlər aşağıdakılardır:

Ali texniki təhsil;
Ən azı 2 il müvafiq iş təcrübəsi (Tikinti üzrə təcrübə arzuolunandır);
MS Office proqramlarında (Outlook, Word, Excel, Power Point) işləmək bacarığı;
Sahə üzrə diplom, sertifikat və s. arzuolunandır;
İngilis və rus dillərini bilmək arzuolunandır.

Elektron ərizələr yalnız 2023-cü il may ayının 16-dan 26-na qədər qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “SƏTƏMM mühəndisi” mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada “SƏTƏMM mühəndisi” qeydi olmayan ərizələr CV bankına daxil olmur.