z

Metropoliten stansiyaları gecə saat 01:00-a qədər girişə açıq olacaq

Metropoliten stansiyaları gecə saat 01:00-a qədər girişə açıq olacaq

10 MAY / 2023 / 16:21

Gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirlər nəzər alınaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq. Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq.
Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək.
Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək.